FAN DAĞLARI – Tacikistan Resp.-nın şm.-q.-indә Zәrәfşan silsilәsinin daha çox qalxmış mәrkәzi hissәsi. Arçameydan (q.dә) vә Fandәrya (ş.-dә) çayları arasında yerlәşir. Hünd. 5000 m-dәn (yüksәk nöqtәsi 5489 m, Çimtaqra d.) çoxdur. Əsasәn Paleozoyun әhәngdaşından ibarәtdir. Qәribә relyef formaları, şişuclu zirvәlәr, buzlaqlar, dәrin çay dәrәlәri (Fandәrya vә s.), mәnzәrәli yüksәk dağ göllәri (İskәndәrkul, Kulikalon vә s.) var. Çay dәrәlәrindә qovaq, ağcaqayın, tozağacı, yemişan, meyvә ağaclarının bir neçә növünә rast gәlinir; yamaclarda (3000 m hünd.-әdәk) ardıc bitir. Turizm r-nudur.
Фан даьлары.