Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FANAQORİYA

    FANAQÓRİYA (yun. Φαναγόρεια) – Taman y-a-nda (Rusiyanın Krasnodar diyarının Sennaya qәs. yaxınlığında) antik şәhәr (sah. tәqr. 60 ha, bunun 1/3-i su altındadır). 18 әsrin sonlarından, müntәzәm surәtdә 1936 ildәn 1940 ilәdәk (V.D.Blavatski) vә 1947 ildәn (M.M.Kobılina), 1975 ildәn (V.S.Dolqorukov), 1993 ildәn (V.D.Kuznetsov) arxeoloji qazıntılar aparılmışdır. Şәhәrin әn qәdim şm. rayonu vә port su altında qalmışdır (1958–59 illәrdә sualtı qazıntılar).

    Əsası tәqr. e.ә. 543 ildә Əhәmәni hökmdarı II Kirin (Böyük Ki r) İoniyanı işğalı zamanı Teos ş.-ini tәrk etmiş әhali tәrәfindәn qoyulmuş, onların başçısı Fanaqorun adı ilә adlandırılmışdır. E.ә. 5 әsrin sonlarından Bospor dövlәtinin tәrkibindә ikinci paytaxt, “Asiya” hissәsinin әsas şәhәri idi. Çiçәklәnmәsi e.ә. 4 әsrә tәsadüf edir. E.ә. 4 –1 әsrlәrdә burada sikkә zәrb edilirdi. E.ә. 2 әsrin sonunda Pont çarlığı tәrәfindәn işğal olunmuşdur; e.ә. 63 ildә VI Mitridat Evpatora qarşı üsyanın mәrkәzi olmuş, e.ә. 1 әsrin ortalarında onun oğlu II Farnak tәrәfindәn dağıntılara mәruz qalsa da, tezliklә bәrpa edilmişdir. Tәqr. e.ә. 17– 12 illәrdә Roma imperatoru Oktavian Avqustun kürәkәninin şәrәfinә müvәqqәti Aqrippiya adlandırılmışdır. Son antik dövrdә F.-nın sahәsi azalmış; eramızın 6 әsrinin ikinci rübündә şәhәr dağıdılmışdır. 7 әsrdә yenidәn dirçәlmiş F. bulqar xanı Kubratın yaratdığı Böyük Bulqarıstan dövlәtinin paytaxtı idi. Bundan sonra Bizansın, ardınca isә Xәzәr xaqanlığının tәrkibinә qatılmışdır. Tәqr. 704 ildә devrilmiş Bizans imperatoru II Yustinian F.-ya sığınmışdır. Tәqr. 10 әsrin әvvәllәrindә sakinlәri tәrәfindәn tәrk edilmişdir. Əhali (yunanlar, sindlәr, meotlar, sarmatlar) әkinçilik, heyvandarlıq, balıqçılıq, üzümçülük, sәnәtkarlıq vә ticarәtlә mәşğul idi. F.-da qala divarlarının özüllәri, yaşayış mәhәllәlәrinin qalıqları (mәs., e.ә. 2 әsrin sonuna aid naxışlı suvaq çәkilmiş ev), e.ә. 4 әsrә aid gimnasi, termalar, eramızın 1 әsrinә aid quyular, c.-ş. hissәsindә “Keramik” adlı dulusçular rayonu (dulus sobaları, keramika) aşkar edilmişdir. Qazıntılar zamanı yunan kitabәlәri, on minlәrlә sikkә, o cümlәdәn dәfinәlәr, mәrmәr heykәllәrin fraqmentlәri, keramika vә metal plastikalar, qabarıq başdaşılar, sarkofaqlar vә onların mәrmәrdәn, sәrv ağacından, kirәcdәn, gildәn olan hissәlәri, zәrgәrlik mәmulatları vә s. tapılmışdır. F.-nın yaxınlığında torpaq qәbirlәrdәn vә kurqanlardan ibarәt nekropol yerlәşir (sah. tәqr. 900 ha; 1964–65 illәrdә tәdqiq edilmişdir). Qonşuluqdakı sönmüş palçıq vulkanının üzәrindә mәbәdgah qalıqları aşkarlanmışdır. 2014 ildә “Fanaqoriya” Tarix-Arxeologiya Muzey-Qoruğu yaradılmışdır.

    Фанагорийа. Сфинкс фигурлу терракот габ.
    Е.я. 5 яср. Ермитаж.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç