FANDƏRYA – Таc. Rеsp.-nda çay. Zәrәfşan çayının sol qolu. Yaqnob vә İsgәndәrdәrya çaylarının birlәşmәsindәn әmәlә gәlir. Uz. 24 km (Yaqnob çayının mәnbәyindәn 140 km), hövzәsinin sah. 3230 km2. Zәrәfşan silsilәsini kәsib keçir, kanyon vә astanalar әmәlә gәtirir. Qar vә buzlaq suları ilә qidalanır. Maydan sentyabrın әvvәlinәdәk daşqınlar olur. Ortaillik su sәrfi 62,6 m3/san. Daşkәnd–Düşәnbә avtomobil yolu F. dәrәsi boyu keçir.