Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FANER

    FANÉR (alm. Furnier; fr. fournir – tәchiz etmәk, qoymaq) – bir-birinә yapışdırılmış üç vә ya daha çox şpon lövhәsindәn hazırlanmış taxta material. F. üçün, әsasәn, ağcaqayın, bәzәn şam ağacı, qızılağac, göyrüş vә fıstıq ağacı şponundan istifadә edilir. Bir-birinә yapışdırılan lövhәlәrin liflәri qarşılıqlı perpendikulyar istiqamәtdә olmalıdır. Yapışdırmaq üçün sintetik termoreaktiv (fenol-formaldehid, karbamid vә s.) vә ya tәbii (albumin, kazein) yapışqanlar işlәdilir. F.-in metallaşdırılmış, armaturlanmış vә odadavamlı növlәri olur. F. lövhәlәrin qalınlığı 1–19 mm (12 mm-dәn qalın tәbәqәlәr tavası adlanır) olur. Xüsusi növlәri: bakelitli (suyadavamlılığı yüksәkdir), dekorativ (üzlüklü, örtüklü), profilli (pres-qәlibdә preslәnmәklә alınan) vә s.-dir. F. uzunu vә eni üzrә kifayәt qәdәr mexaniki möhkәmliyә malik olur, anizotropdur, onun orta sıxlığı (hәcmcә) tәbii ağac materialına nisbәtәn xeyli azdır. Əsasәn, inşaat işlәrindә, gәmiqayırmada, maşınqayırmada, mebel hazırlanmasında vә s. işlәdilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç