FÁNDİ (Fandy) – Atlantika okeanının Şimali Amerika sahillәrindә körfәz; Men körfәzinin şm.-ş. hissәsi. Kanada vә ABŞ-ın sahillәrini yuyur. Uz. 300 km, eni 90 km-ә, dәrinliyi giriş hissәdә 214 m-ә qәdәrdir. Dünya okeanında әn yüksәk (18 m-dәk) qabarmalar burada olur. Sent-Krua, Sent-Con çayları bura tökülür. Balıq ovlanır. Mühüm portu Sent-Condur.
Фанди кюрфязинин сащили. Канада.