FANQLAR (özlәrini belә adlandırırlar, hәrfi mәnası “adamlar”), panqvelә r, pa xuinlә r, fanvelә r, mfanqlar – Kamerunda (Sanaqa çayından c.-da), Qabonda (Oqove çayının orta axarından şm.da) vә Ekvatorial Qvineyada (Rio-Muni mәrkәzi r-nunda) bantular qrupu. Tәrkibinә: F. özlәri vә ntumlar [Ekvatorial Qvineyanın әsas әhalisi (0,5 mln. nәfәr) vә Qabonda әn iri xalq (0,5 mln. nәfәr); 0,2 mln. nәfәr Kamerunun Cәnub әyalәtinin c.-unda yaşayır (2016)]; Kamerunda – bulular vә benelәr (әsasәn, Cәnub әyalәtinin şm.-ında, Mәrkәzi әyalәtin c.-unda vә Şәrq әyalәtinin q.-indә – 1,1 mln. nәfәr), qbiqbillәr (b e billә r, bebelelәr; Mәrkәzi әyalәtin ş.-indә vә Şәrq әyalәtinin şm.-ında – 100 min nәfәr), yaundelәr (evondola r), mvelelәr vә betilәr [әsasәn, Mәrkәzi әyalәtinin şm.-ında – 1,8 mln. nәfәr (sayca ikinci xalq)], etonlar (әsasәn, Mәrkәzi әyalәtin Lekye dep-tindә – 140 min nәfәr), basalar (Sahilyanı әyalәtin ş.-indә, Mәrkәzi әyalәtin c.-q.-indә vә Cәnub әyalәtinin q.-indә – 0,6 mln. nәfәr) vә b. daxildir. Hәmçinin Bioko a.-nda (Ekvatorial Qvineya), Konqo Resp.-nda, San-Tome vә Prinsipidә, hәmçinin Fransada, İspaniyada vә Qәrbi Avropanın digәr ölkәlәrindә yaşayırlar. Ümumi sayları tәqr. 5 mln. nәfәrdir (2016).
Dualalar vә makalarla qohumdurlar. Dillәri bantu dillәrinin A zonasına daxildir. Yaunde, yaxud evondo (dialektlәrlә), fanq, yaxud fanve (dialektlәrlә), bulu, bene, beti, mvele dillәrindә danışırlar. Dindarların çoxu әnәnәvi inanclarını saxlayır, xristianlıq vә afroxristian kultları da yayılmışdır.
19 әsrin әvvәllәrindә Konqo çayı hövzәsindәn köç edәn F. aborigen piqmeylәri sıxışdıraraq indiki әrazilәrdә mәskunlaşmışlar. Ənәnәvi mәşğuliyyәtlәri talalarda tropik toxa әkinçiliyi (elevsina, kalış, qarğıdalı, yerfındığı, yams, maniok, tәrәvәz, banan, yağ palması, tütün), ovçuluq, balıqçılıqdır. Sәnәt sahәlәri ağac vә sümük üzәrindә oyma (stilizә edilmiş uzun boyunlu әcdad başları, antropomorf maskalar, tәbillәr, dekorativ lövhәlәr, çoxfiqurlu mürәkkәb kompozisiyalar vә s.), polixrom hәndәsi naxışlı hörmә sәbәt vә hәsirlәr, dәmirçilik, duluşçuluqdur. Meşәlәrdә ağac tәdarükü, hәmçinin kakao, banan, heveya, yağ palması plantasiyalarında vә şәhәrlәrdә (xüsusilә Yaundedә) mövsümçülük yayılmışdır. Yaşayış mәskәnlәri xәtti planlıdır (“uzun kәndlәr”). Palma yarpaqları vә otdan dördyamaclı, yaxud ikiyamaclı hündür dam örtüyü olan, hörmә divarlı, karkaslı, әtrafında açıq eyvanlı evlәri düzbucaq planlıdır. Ənәnәvi geyimlәri kişilәrdә ağac qabığından bel sarğısı, qadınlarda quru ot dәstәsidir. Tatuirlәmә yayılmışdır. Tayfa başçıları çiyinlәrinә bәbir dәrisi örtürdülәr. Yemәklәri tәrәvәz vә meyvә әlavә olunan sıyıqlardır. Qohumluğu ana xәtti üzrә hesablanan qәbilә tәşkilatları, böyük ailәlәr, kәnd icmaları, gizli ittifaqlar mövcud idi. Ənәnәvi inancları әcdadların (biyeri), tәbiәt qüvvәlәrinin kultları, fövqәltәbii evur qüvvәsinә inamdır; timsah kultu yayılmışdır. Folkloru (әfsanә, tәmsil, nağıl), musiqi vә rәqs sәnәti zәngindir. Yaundelәrdә 20 әsrin ortalarında bikutsi musiqi janrı formalaşmışdır.
Фанглара мяхсус мярасим маскасы.
20 ясрин орталары.