FANÓN Frans (20.7.1925, Martinika, Forde-Frans – 6.12.1961, ABŞ, Merilend ştatı, Betesda) – Əlcәzair filosofu, sosioloq vә siyasi mütәfәkkir. İxtisasca hәkim-psixiatr olmuşdur. 1951 ildәn Əlcәzairdә yaşamış, Blida-Juanvil hospitalında psixiatriya şöbәsinә (1953–56) başçılıq etmişdir. Müstәmlәkәçiliyin irqi istismar sistemi kimi tәnqid olunduğu “Qara dәri, ağ maskalar” (“Peau noire, masques blancs”) kitabı 1952 ildә nәşr edilmişdir. 1954 ildә Əlcәzairin müstәqilliyi uğrunda hәrәkata qoşulmuş, 1956 ildә Milli Azadlıq Cәbhәsinin mәtbu orqanı “Əl-Mücahid” qәzetinin baş redaktoru olmuşdur. 1958 ildәn Əlcәzair Respublikası Müvәqqәti hökumәtinin (ƏRMH) müxtәlif siyasi vә diplomatik tapşırıqlarını yerinә yetirmişdir; ömrünün son illәrindә ƏRMHnin Qanada diplomatik nümayәndәsi idi. Ölümündәn az әvvәl buraxılan “Lәnәtlә damğalanmışlar” (“Les damnes de la terre”) kitabında metropoliya hakimiyyәtindәn qurtulma üsulu kimi dinc danışıqları inkar edir, müstәmlәkә geriliyinin aradan qaldırılmasında әsas rolu istismarçılara qarşı inqilabi mübarizәyә ayırırdı.