FANŞİPÁN, Fansipan (Fan Si Pan) – Vyetnamın şm.-q.-indә dağ (hünd. 3143 m, ölkәnin әn yüksәk nöqtәsi). Əsasәn kvarsit, qranit vә qneyslәrdәn ibarәtdir. Dik yamaclı dәrin dәrәlәri, iti yalları var. Yamaclarının aşağı hissәlәrindә hәmişәyaşıl meşәlәr, 1700 –1800 m-dәn yuxarıda yarpağıtökülәn vә iynәyarpaqlı meşәlәr yayılmışdır.
Фаншипан даьы.