FANTÉN-LATÚR (Fantin-Latour) Anri (14.1.1836, Qrenobl – 25.8.1904, Нormandiya, Büre) – fransız boyakarı vә qrafiki. 1850-ci illәrdә Parisdә oxumuş, E.Mane ilә dostluq etmişdir. Yaradıcılığına Q.Kurbe vә C.Uistlerin tәsiri olmuşdur. Boyakarlıq vә musiqidә yeni ideyaların tәrәfdarı olan F.-L., yaradıcılığında 17 әsr holland boyakarlığı әnәnәlәrinә әsaslanmışdır. Natürmortlar, rәssam vә yazıçıların qrup portretlәrini, simvolizmә yaxın tablolar vә litoqrafiyalar yaratmışdır.
Фантен-Латур А. “Сонйанын портрети”. 1890.
Милли Инъясянят галерейасы. Вашингтон.