FANTÓM DÖVRƏ (fr. fantome, yun φάντασμα – xәyal, kölgә), mәftil ra bi tәsindә – rabitә, siqnallaşma vә idarәetmә siqnallarının verilmәsi üçün ikinci dolaqlarında orta nöqtәsi olan transformatorlar vasitәsilә yaradılmış süni yol. F.d.nin yaradılması ilә mövcud rabitә dövrәsi әsasında әlavә rabitә kanalı alınır. Rabitә xәtlәrinin sıxlaşdırılması (mәlumat çoxsaylı göndәricilәrdәn, hәmin sayda qәbuledicilәrә eyni vaxtda ötürülür) vә s. üçün tәtbiq edilir.