FANTİLƏR, f antelәr (özlәrini mfant s e adlandırırlar) – Qanada (Sekondi ş. ilә Densu çayı arasında Qvineya körfәzi sahillәrindә) akanlar qrupundan xalq. Sayları 2,8 mln. nәfәrdir (ölkәnin sayca üçüncü xalqıdır; 2016). Hәmçinin Liberiyada, Kotd’İvuarda, Syerra-Leonedә, Nigeriyada, ABŞ-da, B.Britaniyada vә Qәrbi Avropanın digәr ölkәlәrindә yaşayırlar. Ümumi sayları 3 mln. nәfәrdir. F.-ә qohum xalqlar qomoalar (qomuala r) vә aqonalardır. Fanti dilindә danışırlar. Dindarların çoxu xristiandır, әnәnәvi inanclarını vә afroxristian kultlarını saxlayanlar, şәhәrlәrdә müsәlmanlar da var.
Müstәmlәkәyәqәdәrki dövrdә F. tәqr. 20 icma birliyi (Abora, Mankessim, Anomabu, Nkusukum, Abeasi, Ecumako, Aqona vә s.) yaratmışdılar; 18 әsrin әvvәllәrindә onlar seçkili hәrbi başçı (brafo) tәrәfindәn idarә olunan Fanti konfederasiyasında (Mfantsiman) birlәşmişdilәr. 18 әsrin ortalarında federasiya qәrb (Boroboro) vә şәrq (Ekumfi) icma birliyi ittifaqlarına parçalanmışdı. Yeni konfederasiyanın (1868 – 73) yaradılmasında Avropada tәhsil almış, qәrbyönümlü F. böyük rol oynamışlar.
Konfederasiyanı prezident, ağsaqqallar şurası, icraedici şura idarә edirdi. Qananın bir çox mәdәniyyәt vә siyasi xadimi F. içәrisindәn çıxmışdır: 2009–12 illәrdә prezident olmuş C.A.Mills, 1997–2006 illәrdә BMTnin baş katibi K.Annan, Qananın ilk kardinalı (2003 ildәn) vә papa taxtına ilk afrikalı namizәd (2013) P.Tarkson. F. әsas әnәnәvi mәşğuliyyәtlәri dincә qoyulmuş torpaqlarda dövri toxa әkinçiliyi (yams, maniok, banan, qarğıdalı, çәltik, yağ palması, hazırda hәmçinin kakao), dәniz vә çay balıqçılığıdır. Sәnәt sahәlәrindәn qayıq vә balıq ovu lәvazimatlarının hazırlanması, duz istehsalı, toxuma, dulusçuluq, dәmirçilik, toxuculuq yayılmışdır. Ağac vә gildәn tikilmiş, palma yarpaqları, yaxud şiferdәn ikiyamaclı damı olan düzbucaqlı evlәrdә yaşayırlar. Ənәnәvi geyimlәrdәn (ümumakan kentesi) bayramlarda, Avropa kostyumlarından isә gündәlik geyim kimi istifadә edirlә Ənәnәvi yemәklәri balıq vә bitkilәrdәn hazırlanır (sıyıq, şorba, tünd әdviyyatlı vә souslu bişirilmiş köküyumrular). Əsas sosial institutlar icma birliklәri (omanlar), qohumluğu ana xәtti üzrә hesablanan 7 qәbilә (abusuapon), patrilateral qruplar (ecabosom), hәrbi tәşkilat bölmәlәri (asafo) vә böyük ailәlәrdir (fiefo). Nikahdan sonrakı mәskunlaşma virilokaldır, poliginiya, levirat, nikah üçün ödәmә dә tәtbiq olunur. Qohumluq ata xәtti üzrә hesablanır. Yams bayramı (Axuba) keçirilir. Alın vә yanaqlarına çapıqqoyma mövcuddur.
Фанти гадынı.