FAOLİT – fenolformaldehid qatranı hopdurulmuş asbest (yaxud onun qrafitlә qarışığı) әsaslı plastik kütlә. Sıxlığı 1500– 1600 kq/m3; әyilmә zamanı möhkәmliyi 26–80 MPa-dır; turşulu aqressiv mühiтdә 130°C-yәdәk temp-ra davamlıdır. F. 2 markada buraxılır: A – turşuyadavamlı antofillit ilә xrizotil asbestlәrin qarışığı әsasında vә B – qrafit ilә xrizotil asbesti әsasında. F.-dәn kimya, neft-kimya, sellülozkağız, metallurgiya vә s. sәnaye sahәlәri üçün iriqabaritli, turşuyadavamlı mәmulatlar (mәs., borular, fitinqlәr, qablar vә s.) düzәldilir. F. kimyәvi aparat vә detalların hazırlanmasında qurğuşun, bürünc vә paslanmayan poladı әvәz edәn konstruksiya vә üzlәmә materialı kimi tәtbiq edilir.