FÁRA (fr. phare, ilkin mәnası – mayak, mayakın işığı, yun. Φάρος – qәdim zamanlarda İsgәndәriyyә yaxınlığında yerlәşәn vә öz mayakı ilә mәşhur olan Faros a.-nın adından) – yolu, iş yerini işıqlandırmaq üçün nәqliyyat maşınlarının (avtomobil, lokomotiv, traktor vә s.-nin) qabaq (bәzi hallarda arxa) hissәsindә quraşdırılan elektrik fәnәri. F. ikitelli 2 kontakt lampası (yaxın vә uzaq işıqlarını yandırmaq üçün), sәpәlәyici şüşә vә әksetdirici reflektordan ibarәtdir. F. yarımhermetiklәşdirilmiş, yaxud tam hermetiklәşdirilmiş olur. Avtomobillәrin çoxunda yaxın vә uzaq işıqlandırma üçün ayrıca F.-lar, bәzi hallarda, dumana qarşı F. quraşdırılır. Bir çox hallarda avtomobildә geriyә hәrәkәt zamanı avtomatik qoşulan arxa F.-lar olur.