FARADMÉTR (farad + ... metr) – sәnaye tezlikli dәyişәn cәrәyanda elektrik tutumunu ölçmәk üçün cihaz. F. ölçü mexanizmi kimi elektrodinamik, yaxud elektromaqnit loqometrdir. Maqnitoelektrik ölçü mexanizmli düzlәndirici sistem F.-i dә mövcuddur. F.-in şkalası, әsasәn, mkF vә pF-a görә bölgülәrә ayrılır. Ölçmә xәtası 1–4%-dir.