FARASMÁN (?–?) – e.ә. 4 әsr Xarәzm hökmdarı. F. haqqında mәlumatlar natamam vә cüzidir. E.ә. 328 ildә Makedoniyalı İsgәndәrin Orta Asiyaya yürüşü zamanı F. özünün 1500 nәfәrlik atlı dәstәsi ilә İsgәndәrin Bәlxdәki düşәrgәsinә gәlmiş vә onunla ittifaq bağlamışdı. O, İsgәndәrә Şimali Qaradәnizyanıya, oradan isә Kolxidaya birgә yürüş etmәyi tәklif etsә dә, onun layihәsi qәbul olunmamışdı.