Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FARÉR ADALARI

    FARÉR ADALARI (farercә Føroyar, danimarkaca Færøerne) – Danimarkanın muxtar regionu. Atlantika okeanının şm. hissәsindә, Şetland a-rı (B.Britaniya) ilә İslandiya arasında arxipelaq. Ümumi sah. 1,4 min km2. 18 nisbәtәn böyük (әn irilәri km2-lә: Streymoy – 373,5; Esturoy – 286,3; Suvuroy – 163,7) vә 11 kiçik adadan ibarәtdir. Əh. 50,2 min (2015). İnz. m. Torshavn ş.-dir. Rәsmi dillәri Farer vә Danimarka dillәridir. Pul vahidi Farer kronasıdır. Adalar vulkanik mәnşәlidir. Sahillәri çox saylı fyordlarla parçalanmışdır. Relyefini, әsasәn, bazalt lavaları vә tuflardan ibarәt vulkanlar vә vulkanik platolar tәşkil edir. Hünd. 882 m-әdәkdir (Esturoy a.-nda Slattaratindur d.). Buzlaq relyef formaları (morenlәr, troqlar, kar mәnşәli göllәr) xarakterikdir. Subarktik dәniz iqlimi hakimdir. Orta temp-r fevralda tәqr. 4°C, iyulda tәqr. 11°C-dir. Yağıntının illik miqdarı 1500 mm-dәn çoxdur; tez-tez duman olur. Bitki örtüyünü çәmәnlәr, kolluqlar tәşkil edir. Torf bataqlıqlarına rast gәlinir. Quş bazarları var. Sahil dayazlıqları balıqla (treska, paltus, siyәnәk) zәngindir. 7 әsrin sonu – 8 әsrin әvvәllәrindә irland rahiblәri, sonralar isә Norveçdәn gәlmәlәr tәrәfindәn mәskunlaşmışdır. Tәqr. 9–10 әsrlәrdәn başlayaraq adalarda azad kişilәrin mәclisi – laqtinq çağırılırdı. 11 әsrdә F.a. nominal olaraq Norveçә tabe idi, 14 әsrdәn Skandinaviya dәniz ticarәti sisteminә qoşulmuşdur. 1380 ildә Danimarka–Norveç uniyası bağlandıqdan sonra hәr iki ölkәyә tabe olmuş, Kil sülh müqavilәlәrinә (1814) görә, Danimarka mülkünә çevrilmişdir. 1816 ildә laqtinq lәğv olunmuş, Danimarka dili rәsmi dil elan edilmişdir. 1849 ildә F.a. Danimarka parlamentindә nümayәn dәlik hüququ qazanmış, 1852 ildә isә laqtinq mәşvәrәtçi orqan kimi bәrpa edilmişdir. İkinci dünya müharibәsi dövründә B.Britaniya tәrәfindәn işğal olunmuşdur. 1948 ildә keçirilmiş referendumun nәticәlәrinә görә qәbul edilmiş özünüidarә aktına әsasәn F.a.-na daxili muxtariyyәt verilmiş vә Farer dili (Danimarka dili ilә bәrabәr) rәsmi status almışdır. 1973 ildә F.a. Danimarka ilә birlikdә AİB-ә daxil olmamışdır. F.a.-nda farerlilәr (91,7%, 2007), danimarkalılar (5,8%), islandlar (0,4%) vә b. yaşayırlar. Dindarların әksәriyyәti xristianlar dır. ÜDM-in hәcmi (alıcılıq qabiliyyәti pariteti üzrә) 1,8 mlrd. dollar, adambaşına 36,6 min dollar, real artım tempi 5,9% tәşkil edir (2014). ÜDM-in 55%-i xidmәt sferasında, 29%-i sәnaye vә tikintidә, 16%-i k.t. vә balıqçılıqda yaranır (2007). İşlәyәnlәrin sayı 25 min nәfәrdir (2015), onların tәqr. 70,3%-i xidmәt sferasında, 18,9%-i sәnayedә, 10,7%-i k.t.-nda çalışır. İşsizlik sәviyyәsi 2,9%-dir (2015). Neft mәhsullarının idxalı 25 min t-dur (2013). Elektrik enerjisi istehsalı 281 mln. kVt/saat (2012), elektrik stansiyalarının müәyyәn olunmuş gücü 108,1 Mvt-dır, onun 60,1%-i mazut vә dizel İES-lәrinin, 36,1%-i SES-lәrin, 3,8%-i alternativ enerji mәnbәlәri qurğularının payına düşür. İqtisadiyyatın әsasını sәnaye balıqçılığı vә balıq emalı tәşkil edir. Dәniz gәmilәri, o cümlәdәn balıqçı gәmilәri istehsal olunur vә onlara xidmәt (tәmir dә daxil olmaqla) göstәrilir. Qaramal, qoyun vә ev quşları yetişdirilir; süd istehsalı; kartofçuluq vә tәrәvәzçilik inkişaf etmişdir. Xarici turizm (kruiz laynerlәrinin girişi) var. Dәniz donanması 65 gәmidәn (onlardan 28-i xarici dövlәtlәrin bayraqları altında üzür; 2010) ibarәtdir. Adalar vә Hirtshals (Danimarka) ş. arasında dәniz nәql. işlәyir. Ən iri portları: Fuqlafyordur (Esturoy a.), Torshavn vә Voavur (Suvuroy a.). F.a.-nda nәql. sistemi inkişaf etmişdir. Avtomobil yollarının ümumi uz. 960 km-dir (onların 2/3 hissәsi dağ massivindәn keçir; 2016); 5 iri ada avtomobil körpülәri vә bәrәlәr vasitәsilә әlaqәlәnir. Stavanger vә Os lo (Norveç), Kopenhagen, Olborq, Billunn (Danimarka), Reykyavik (İslandiya), Aberdin, London şәhәrlәri vә Şotland a.-na (B.Britaniya) müntәzәm uçuşları “Atlantic Airways” şirkәti hәyata keçirir. Voaar (Voar) a.-nda Voaa aeroportu var. Ticarәt dövriyyәsi 1,6 mlrd. dollar tәşkil edir (2010). İxracatın (balıq vә dәniz gәmilәri) dәyәri 824 mln. dollardır; әsas alıcıları Rusiya, B.Britaniya, Danimarka, Nigeriya vә Çindir. İdxalatın (istehlak malları, maşın vә avadanlıq, yanacaq vә s.) dәyәri 776 mln. dollardır; әsas tәdarükçülәri Danimarka, Türkiyә, Norveç, Çin vә Niderlanddır. 

    Фареr адалары. Тиндщолмур адасы.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç