FARÉR DİLİ – farerlilәrin dili. Farer a-rının rәsmi dillәrindәn biridir. Bu dildә danışanların ümumi sayı tәqr. 66 min nәfәrdir, onlardan 45 min nәfәri Farer a-rında, 21 min nәfәri isә Danimarka vә digәr ölkәlәrdә yaşayır (2007). F.d. Skandinaviya dillәrinә aiddir. Əsasәn, fonetik cәhәtdәn bir-birindәn xeyli fәrqlәnәn dialektlәrә malikdir (6 dialekt zonası). Ədәbi dil Torshavn ş.-nin dialektinә әsaslanır. F.d.-nin leksikasına әhәmiyyәtli dәrәcәdә Danimarka dili tәsir göstәrsә dә, fonetikasına Norveç dilinin q. dialektlәrinin xüsusiyyәtlәri xasdır. F.d. inkişaf etmiş vokalizmә malikdir; uzun vә qısa saitlәr, diftonqlar var. Samitlәr dә uzun vә qısa ola bilir. F.d. 9–15 әsrlәrdә formalaşmışdır. Bu dövrdә Farer yazısı island vә Norveç yazılarına yaxın idi, lakin Danimarkada Reform asiyadan (1536) sonra ölkәnin hakim dairәlәri F.d.-nin mәktәblәrdә, kilsәlәrdә vә rәsmi sәnәdlәrdә işlәdilmәsini qadağan etmişdi. F.d. 300 il dәn çox yazısız qalsa da, mәişәtdә istifadә olunmuş vә zәngin folklor әnәnәlәrini inkişaf etdirmişdir. 14–17 әsrlәrdә yaranmış Farer xalq balladalarının 18 әsrin sonlarında yazıya alınmış ilk nümunәlәrindә Farer dialektlәrinin xüsusiyyәtlәri әksini tapmışdır. 1846 ildә Farer filoloqu vә Farer әdәbi dilinin banisi V.U.Hammerşaymb F.d. üçün latın qrafikası әsasında yazı işlәyib hazırlamışdır; orfoqrafiyası etimoloji prinsip әsasında qurulmuşdur. Hammerşaymb “Farer dili antologiyası” әsәrindә (c. 1–2, 1886–91) Farer folklorundan nümunәlәr vermiş, F.d.-nin müstәqil dil olduğunu, Danimarka dilinin dialekti olmadığını sübut etmişdir. Bu dövrdәn etibarәn Farer a-rında Danimarka dilinin ictimai funksiyaları ardıcıl surәtdә F.d.-nin xeyrinә mәhdudlaşdırılmışdır. F.d. 1906 ildә mәktәblәrdә tәdris olunmağa başlamış, 1937 ildә mәktәb tәdrisindә әsas dil kimi Danimarka dilini sıxışdırmış, 1938 ildә kilsә dili, 1948 ildә isә Farer a-rının muxtariyyәti haqqında qanuna әsasәn rәsmi dövlәt dili olmuşdur. 1965 ildә Torshavnda F.d. vә әdәbiyyatı fakültәsi olan un-t yaradılmışdır. 1980-ci illәrdә F.d. KİV-dә möhkәmlәnmiş, Danimarka dili isә, faktiki olaraq, arxa plana keçmişdir; adaların әhalisinin tәqr. 5%-i üçün Danimarka dili birinci dil olaraq qalır.