FARİNGİT (lat. φαρυγε – udlaq + ... it) – udlağın selikli qişasının kәskin, yaxud xroniki iltihabı. İnsanlarda kәskin F.-in әmәlә gәlmәsindә bakteriyalar (strepto-, stafilo-, pnevmokokklar), viruslar (qrip, adeno viruslar), bәzәn dә kәskin zökәm әsas rol oynayır. Ə l a m ә t l ә r i: boğazda quruluq, udqunma zamanı ağrı, bәdәn temp-runun normal olması, bәzәn 37,5°C-ә qәdәr qalxması. M ü a l i c ә s i: çay sodası vә dezinfeksiyaedici mәhlullarla boğazın qarqarası, iltihab әleyhinә vasitәlәr, lazım gәlәrsә antibiotik, pәhriz saxlamaq vә s. H e y v a n l a r d a – әsasәn, ümumi soyuqlama vә ya udlaq toxumasının selikli qişasına mikroorqanizmlәrin düşmәsi nәticәsindә әmәlә gәlir. F. bәzi infeksion xәstәliklәrlә (qarayara, saqqo, pasterellyoz vә s.) müşayiәt oluna bilәr. Ə l a m ә t l ә r i: udqunmanın çәtinlәşmәsi, ağız suyunun axması, burundan axıntının gәlmәsi, udlaq nahiyәsindә şişkinlik vә ağrı, bәdәn temp.-runun qalxması (kәskin F. zamanı) vә s. M ü a l i c ә s i: heyvanı isti binada saxlamaq, daxilә sulfanilamidlәr, antibiotiklәr vermәk; seroterapiya.