FARİS Mühәmmәd Əhmәd (d. 26.5.1951, Suriya, Hәlәb) – Suriyanın ilk vә yeganә tәyyarәçi-kosmonavtı, HHQ gen.-ı, Sovet İttifaqı Qәhrәmanı (1987). 1973 ildә Hәlәb ş. yaxınlığındakı Neyrab aerodromunda yerlәşәn Suriya Hәrbi Hava Akademiyasını bitirdikdәn sonra hәmin aerodromda tәyyarәçi vә instruktor kimi xidmәt etmişdir. 1985 ildә Suriyada kosmonavt olmağa namizәd seçilmiş vә Y.A.Qaqarin ad. kosmonavtlar hazırlayan mәrkәzә qәbul olunaraq 1986 ildә әsas ekipaja tәyinat almışdır. 1987 il 22–30 iyulda “Soyuz TM-3” gәmisindә uçuş yerinә yetirmiş, uçuş zamanı kosmik tibbә vә materi alşünaslığa aid eksperimentlәr etmiş vә hәmçinin kosmosdan Suriyanın çәkilişini aparmışdır. Ekipajın tәrkibindә A.Viktorenko, A.Laveykin vә M.Faris olan “Soyuz TM-2” gәmisi 30 iyulda “Mir” st.-ndan ayrılaraq müvәffәqiyyәtlә Yerә enmişdir. Uçuşdan sonra 1987 ildә F. yenidәn Suriyanın hәrbi hava qüvvәlәrindәki xidmәtinә qayıtmışdır. 2001–09 il lәrdә Hәlәbdә hәrbi tәyyarәçilәrin hazırlıq in-tuna rәhbәrlik etmiş vә sonra Dәmәşqdә idarәnin direktoru vәzifәsindә çalışmışdır. 2012 ildә Türkiyәyә qaçmış vә Bәşәr Əsәdә qarşı müharibә aparan “Azad Suriya ordusunu” dәstәklәyәrәk müxalifәtә qoşulmuşdur. Qızıl Ulduz (1987) vә “Kosmosun öyrәnilmәsindәki xidmәtә görә” (2011) medalları ilә tәltif olunmuşdur.