Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FARİSEYLƏR

    FARİSEYLƏR (yun. Pharisáios, ivritcә – ayrılmış sözündәn) – e.ә. 2 әsr – eramızın 2 әsrindә Fәlәstindә mövcud olmuş yәhudi tәriqәti ardıcılları. Çariçә Salomeya Aleksandranın [e.ә. 76–67] dövründәn çar İrodun [e.ә. 4 – eramızın 39] dövrünәdәk hakim mövqedә olmuş, İrodun dövründә siyasi mötәdil vә ortodoksal mәktәblәrә parçalanmışlar. F. Yerusәlimdә İkinci mәbәdin dağılmasından (70) sonra varlığını saxlamış yeganә yәhudi tәriqәtidir. F. dini idarәçiliyi Müq. Mәbәddә mәrkәzlәşdirәn vә mәbәdi gәlir mәnbәyinә çevirәn zadәgan sadukeylәrә qarşı çıxır, әsasәn әhalinin orta tәbәqәsinin mәnafeyini әks etdirirdilәr. Şifahi yәhudi әnәnәsini yazılı vәhylә (Tövratla) eyni dәrәcәdә müqәddәs hesab edirdilәr. Alın yazısı vә ölüm dәnsonrakı hәyatı inkar edәn sadukeylәrlә fatalist essenilәr arasında orta mövqe tuturdular. İudaizmin demokratiklәş dirilmәsinә tәşәbbüs göstәrәn F. sadukeylәrin mәbәd monopoliyasına qarşı çıxaraq sinaqoqlarda ibadәt tәcrübәsini formalaşdırmış, sinaqoqları mühüm dini-ictimai funksiyalara malik tәşkilata çevirmişdilәr. Onların Tövratın izahına rasional yanaşmaları vә onu müasir problemlәrin hәllindә tәtbiq etmәlәri yәhudi teologiyasının tәmәlini tәşkil edirdi. F.-in әksәriyyәti yazıçılar vә din alimlәrindәn ibarәt idi. Mәcazi mәnada “farisey” sözü ikiüzlü, riyakar mәnasında (İncildә F.-ә verilәn sәciyyә ilә әlaqәdardır) işlәdilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç