Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FARMAKOGENETİKA

    FARMAKOGENETİKA (yun. φάρμαχον -dәrman + genetika) – farmakologiya vә tibbi genetikanın bölmәsi; bioloji aktiv maddәlәrin vә dәrman maddәlәrinin hüceyrәnin genetik aparatına, DNT, RNT-nin strukturuna, nuklein turşularının sintezinә, habelә genetik amillәrin orqanizmin dәrman maddәlәrinә (DM) qarşı reaksiyasının formalaşmasına tәsirini öyrәnir. “F” terminini 1959 ildә alman genetiki F. Fogel (1925–2006) tәklif etmişdir. F. şәxsilәşdirilmiş tәbabәt konsepsiyasının reallaşdırılmasında mühüm rol oynayır vә bunda mәqsәd xәstәnin müalicәsi prosesindә fәrdi yanaşmanın axtarılmasıdır. DM-nә qarşı orqanizmin әlavә mәnfi reaksiyalarının tәdqiqi vә analiz olunması (әvvәl klinik-genealoji vә әkizli üsullar, sonralar isә molekulyar-genetik üsulla), F.-nın inkişafına kömәk etmişdir. Bu zaman DM-nin metabolizminin müxtәlif mәrhәlәlәri öyrәnilmiş vә bu da hәmin reaksiyaların mahiyyәtini aşkar etmәyә imkan vermişdir. Ksenobiotiklәrin (o cümlәdәn DM komponentlәrinin) metabolizminin fәrdi ayrılığı insanların genetik müxtәlifliyi ilә şәrtlәndiyindәn, F.-nın nәzәri әsasını funksional genomika, yәni DM-nin metabolizminә cәlb olunan genlәrin polimorfizmi vә onların qarşılıqlı tәsirinә genetik nәzarәt haqqında mәlumatlar tәşkil edir. Ona görә F.-nın әsas vәzifәsi orqanizmin farmakokinetik vә farmakodinamik reaksiyalarında iştirak edәn zülalların sintezinin xüsusiyyәtlәrini müәyyәn edәn vә onların fәrdi xüsusiyyәtlәri ilә şәrtlәnәn allel genlәrin öyrәnilmәsidir. Bu fәrdi xüsusiyyәtlәr DM-nin farmakokinetikası vә formakodinamikasında iştirakını qәbul edәn zülal genlәrinin polimorf sahәlәri ilә әlaqәdardır. Onlara metabolizm fermentlәrini kodlaşdıran genlәr vә DM-nin sorulması vә orqanizmdәn xaric olması proseslәrindә iştirak edәn transportyor zülal genlәri aiddir. F. hәmçinin sitoxrom R-450 izofermentlәrinin, metabolizm fermentlәrinin (N-asetiltransferazalar, tiopurinmetiltransferazalar vә s.) allel genlәrlә daşıyıcılıq rolunu öyrәnir. DM-nin gen-transportyorlarının onların farmakokinetikasına tәsiri haqqında mәlumatlar alınmışdır. Farmakodinamikanın genetik amillәrinә DM-nin zülal molekulhәdәflәrini – reseptorları, fermentlәri, ion kanallarını, lipoproteinlәri, qanın koaqulyasiya amillәrini, siqnal transduksiyası yollarını (mәs., beta-adrenoreseptorları, siklooksigenazaları) kodlaşdıran genlәrin polimorfizmi aiddir. Farmakogenetik sınaqlar üçün zәncirvarı polimeraza reaksiyası, bioloji material kimi isә qan, yaxud yanağın selikli qişasından qaşıntıdan istifadә olunur. Orqanizmdә DM-nin tәsirinә cavabdeh olan bir çox allel genlәrin daşıyıcılığı haqqında tez mәlumat almağa imkan verәn genetik mikroçiplәr yaradılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç