FARMAKOLÓJİ VƏ FARMAKOPEYA EKSPERT ŞURASI, Azәrbaycanda – Azәrb. Resp. Sәhiyyә Nazirliyinin ekspert orqanı. Yeni dәrman maddәlәrinin eksperimental tәdqiqatı barәdә sәnәdlәşdirmәni aparır, hәmin maddәlәrin öyrәnilmәsi üçün lazım olan tәdqiqatların (o cümlәdәn kliniki) hәcmini müәyyәn edir; Sәhiyyә Nazirliyinә yeni dәrman maddәlәrinin tәtbiqini, köhnәlәrin nomenklaturadan çıxarılmasını tövsiyә edir. Dәrmanların istifadәsinә görә tәlimatları araşdırır vә tәsdiq üçün mәslәhәt görür, yeni dәrman maddәlәrinә ad verir; xarici dәrman vasitәlәrinin sınaqdan keçirilmәsinә nәzarәt edir, onların klinikada öyrәnilmәsinә icazә verir vә respublikada istifadәsini, yenidәn istehsal olmasını, habelә Sәhiyyә Nazirliyi tәrәfindәn qeydiyyatdan keçmәsini tövsiyә edir. Dәrman maddәlәri bundan sonra praktik olaraq istifadәyә buraxılır.