FARMAKOPÉYA (yun. φάρμακον – dәrman + ποιέω – hazırlamaq) – dәrman maddәlәrinin (DM) keyfiyyәtinә dair tәlәblәri qaydaya salan normativ sәnәdlәr (farmakopeya maddәlәri) mәcmuәsi. Farmakopeya maddәlәrini (FM) xüsusi, ümumi vә müvәqqәti maddәlәrә ayırırlar. Ümumi FM-nә DM-nin müxtәlif müayinә üsullarının tәsviri, istifadә olunan reaktiv vә indikatorlar haqqında mәlumatlar daxildir. Xüsusi FM DM-nin dövlәt standartlarıdır; DM-nin bütün tәdavül subyektlәri üçün mütlәq olan göstәricilәrin vә DM-nin keyfiyyәtinә nәzәrәt üsullarının siyahısı vә DM-nin tәsviri, dәrman formaları, habelә DM-nin istehsalı üçün әczaçılıq substansiyaları, kömәkçi maddәlәr, xammal vә vaxtaşırı yenidәn baxılma daxildir. Müvәqqәti FM DM-nin istehsalı texnologiyasının hazırlanması dövründә istifadә olunur vә gәlәcәkdә daimi qüvvәdә olanı ilә әvәz edilir. F.-dan әvvәl resept soraq kitabçaları olmuşdur; mәs., “Antidotari” (1140 ildә nәşr edilmişdir). “F.” termini tәqr. 16 әsrin ortalarında işlәdilmәyә başlanmışdır. İlk dövlәt F.-sı 1698 ildә latın dilindә Brandenburqda çap edilmişdir. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә çox ölkәlәrdә milli, sonralar isә beynәlxalq F. nәşr olunmağa başlanmışdır. Rusiyada ilk rәsmi dövlәt F.-sı 1778 ildә latın dilindә çap edilmişdir vә 1802 ildә rus dilinә tәrcümә edilmişdir. 1866 ildә rus dilindә Rusiya F.-sının yeni nәşri çap olunmuşdur. Keçmiş SSRİ-dә, ilk Dövlәt F.-sı 1925 ildә nәşr edilmiş vә 7-ci nәşr kimi göstәrilmişdir. Azәrb. da daxil olmaqla, SSRİ-dә Dövlәt F.-sından (sonuncu – X nәşri 1968 ildә çapdan çıxmışdır) istifadә olunurdu. Ən etibarlı xarici F.: Amerika F.sı (ABŞ F.-sı, USP; 1820 ildәn, 38-ci nәşr, 2015); Britaniya F.-sı (BP, 1864 ildәn; dünyada әn böyük, Avstraliyada, Kanadada, Koreya Resp.-nda dövlәt statusuna malikdir); Avropa F.-sı (EP,1969 ildәn, ing. vә fr. dillәrindә, 8-ci nәşr, 2013); Beynәlxalq F. (Ph. İnt., ÜST nәşr edir, 2008).