Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FARMAKOTERAPİYA

    FARMAKOTERAPİYA (yun. – φάρμακον – dәrman + terapiya) – dәrman maddәlәri (DM) vasitәsilә müalicә; konservativ müalicәnin әsas üsullarından biri. DM-nin istifadәsi demәk olar ki, tibbin bütün tarixi boyu empirik biliklәrә әsaslanmışdır. 19 әsrdә eksperimental farmakologiyanın inkişafı, fiziologiyanın, biokimyanın, mikrobiologiyanın vә bir sıra digәr tәbiәt elmlәrinin nailiyyәtlәri F.-nın elmi әsaslarının yaradılmasına ilkin şәrait yaratdı. 20 әsrin 1-ci yarısında orqanizm funksiyalarına müxtәlif spektrә vә aydın tәsirә malik olan çoxlu sayda DM-nin yaradılması vә sәnaye istehsalı şәklindә farmakoloji inqilab başlandı. 1950–60 illәrdә klinik farmakologiyanın yaranması F.-nın әhәmiyyәtli dәrәcәdә inkişaf etmәsinә sәbәb oldu. F.-nın elmi prinsiplәri DM-nin orqanizmlә qarşılıqlı tәsir mәlumatları (bax Farmakogenetika, Farmakodinamika, Farmakokinetika), habelә xәstәliklәrin etiologiya patogenezi haqqında biliklәr әsasında formalaşır. F.-nın tәtbiqinin әsas prinsiplәri hәr hansı terapiyada olduğunun eynidir: effektivlik, tәhlükәsizlik, sәmәrәlilik, nәzarәt etmәk vә fәrdilik. F.-nın әsas növlәri: etiot rop (xәstәliyin etiologiyası biliyi dәqiq olduqda; mәs., infeksiyalarda); p a toge ne tik (әn çox qeyri-infeksion xәstәliklәr zamanı istifadә olunan DM-nin kömәyilә, әsasәn, xәstәliyin patogenezinә tәsir;  mәs.,  antiastmatik,  xora  әleyhinә preparatlar); simptomatik (xәstәliyin ayrı-ayrı  simptomlarının  aradan qaldırılmasına vә ya zәiflәdilmәsinә yönәldilir; mәs., ağrıkәsici DM-nin kömәyilә); әvәz edici (hәr hansı endogen maddәnin çatışmazlığı zamanı; mәs., şәkәrli diabetdә insulinin istifadәsi); profilaktik (xәstәliyin  qarşısının  alınmasına  yönәldilir; mәs., epidemiya tәhlükәsi zamanı vaksin vә zәrdabların istifadәsi). Hәmçinin kimyaterapiya, fitoterapiya da F.-ya aiddir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç