Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FARNAK II

    FARNÁK II (e.ә. 97 – e.ә. 47) – Bospor dövlәtinin hakimi [e.ә. 63 – e.ә. 47]. Bospor çarı VI Mitridat Evpatorun oğlu. Atası Roma ilә müharibәni Hannibal kimi İtaliya әrazisinә keçirmәk fikrinә düşmüşdü. Bir varis kimi bunun baş tutmayacağından, hakimiyyәtin әldәn çıxacağından ehtiyatlanan II F. atasını öldürmәk istәmişdi. Oğlunun niyyәtindәn xәbәr tutan VI Mitridat onu bağışlamış, lakin romalıların әlinә keçmәmәk üçün özünü öldürmüşdü. II F. onun meyitini Roma sәrkәrdәsi Pompeyә göndәrmiş, onunla ittifaq bağlamış vә bunun müqabilindә “Roma xalqının dostu vә müttәfiqi” titulunu alaraq Bospor çarlığının böyük hissәsindә (Fanaqoriya istisna olmaqla) öz hakimiyyәtini qurmuşdu. E.ә. 49–48 illәrdә Pompeylә Yuli Sezar arasındakı vәtәndaş müharibәsindәn istifadә edәrәk öz әrazisini Qara dәnizin şm. vә q. sahillәrinәdәk genişlәndirmiş, Fanaqoriyanı, Sinopanı tutmuş, Kiçik Asiyaya yürüş etmiş, Nikopol yaxınlığındakı döyüşdә romalılara qalib gәlәrәk bu әrazilәrә öz canişinini tәyin etmişdi. E.ә. 47 ildә Kiçik Asiyada Zele ş. yaxınlığında baş verәn vuruşmada Sezar tәrәfindәn darmadağın olunaraq qaçmışdı. II F. kiçik dәstә ilә әvvәlcә gәmilәrlә Sinopaya, oradan isә Tavridaya (Krım) gәlmişdi. Bospora qayıtdıqda, artıq hakimiyyәti әlә keçirmiş canişini Asandrla baş verәn döyüşdә axıradәk vuruşmuş, aldığı yaradan hәlak olmuşdu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç