FARNÁVAZ (e.ә. 329/326, Msxeta –237/234, Armazi) – Kartli çarlığının (klassik mәnbәlәrdә İberiya kimi dә mәlumdur) banisi. Yerli feodal nәslindәndir. “Yunanların” (Pont çarlığının) dәstәklәdiyi yerli hakim әyanlara qarşı üsyan etmişdi. Üsyanda Qәrbi Gürcüstan hakimi vә dağlı tayfalar ona tәrәfdar çıxmışdılar. Qalib gәlәn F. çarlıq yaratmış vә Farnavazianlar sülalәsinin banisi olmuşdur. F. ölkәni 7 saeristaolara (dairәlәrә) bölmüşdü. Onlara eristavilәri (hakimlәr), mәrkәzi vilayәtә (Şida Kartli) isә spaspeti tәyin etmişdi. Ordunun spaspeti (komandanı) özü idi. F. Selevkilәrlә dostluq münasibәtlәri qurmuşdu. Hakimiyyәti dövründә Makedoniyaya qarşı Şimali Qafqazın müxtәlif tayfaları ilә ittifaq bağlamış, hәtta qohum (sarmatlarla) olmuşdur. Makedoniyalı İsgәndәrin dağıtdığı Msxetanı vә Kartlinin digәr şәhәr vә qalalarını bәrpa etmiş, möhkәmlәndirmişdi. Gürcü yazısının yaranması da F.-ın adı ilә bağlanılır.