FARNÉZE (Farnese) – italyan knyaz nәsli (12 әsrdәn mәlumdur). Parma vә Pyaçensa hersoqları olmuşlar (1545–1731). 8 hersoq hökmdarlıq etmişdir. Ən mәşhur nümayәndәlәri: Pyer Luici F. (1503–47); Alek sandr (Alessandro) F. (1545–92). Ottavio F. (1524–86) İspaniya kralı V Karlın nikahdankәnar qızı Parmalı Marqarita ilә evlәnmişdi. Onun oğlu Aleksandr F. Niderlandda İspaniya kralının canişini (1578 ildәn), atasının ölümündәn sonra isә Parma vә Pyaçensa hersoqu (1586–92) olmuşdur. Sonrakı hersoqlar Ranuçço F. (1569–1622), Odoardo F. (1612–46) vә b. öz hakimiyyәtlәri uğrunda Roma papaları ilә mübarizә aparmışlar. Sonuncu nümayәndәsi Antonio F. (1679–1731) idi. Onun ölümündәn sonra hersoqluq İspaniya Burbonlarına keçmişdi.