Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FARSLAR

    FARSLAR (özlәrini irani, fars, farsi zәban adlandırırlar) – İran qrupundan xalq, İranın әsas әhalisi. Sayları tәqr. 30 mln. nәfәrdir (2013). Əsasәn, mәrkәzi vә cәnub әyalәtlәrindә (İsfahan, Yәzd, Fars, Kirman, Hörmüzgan, Tehran, Qum, Buşәhr, Simnan vә Mәrkәzi ostanları) yaşayırlar, iri şәhәrlәrin (Tәbriz istisna olmaqla) әhalisinin çoxunu tәşkil edirlәr. Hәmçinin Türkiyәdә (600 min nәfәrdәn çox iranlı mühacir), Əfqanıstanın c.-q.-indә (580 min nәfәr), BƏƏ-dә (500 min nәfәrәdәk), Bәhreyndә, İraqda, Küveytdә, Azәrb.-da, Türkmәnistanda, habelә ABŞ-da (700 min nәfәrәdәk İran mühaciri), Kanadada (120 min nәfәrdәn çox), Avropa şәhәrlәrindә (xüsusilә Fransa vә Almaniyada) yaşayırlar. Fars dilindә danışırlar. Dindarları, әsasәn, müsәlmandır, xristianlar, zәrdüştilәr (gәbrlәr) vә bәhailәr dә var.

    F. etnonimi Parsa tarixi vilayәtinin adından götürülmüşdür. F. Əhәmәnilәr dövlәtindә hakim mövqe tuturdular, qәdim fars dili isә әn geniş yayılmış dillәrdәn (arami, Babil, Elam, qәdim yunan vә dillәrlә yanaşı) birinә çevrilmişdi. Hәmin dövrdә Mesopotamiya, yunan vә Qәdim Misir әnәnәlәrinin qaynayıb-qarışması nәticәsindә fars imperiya mәdәniyyәtinin tәmәli qoyulmuşdur. 3–7 әsrlәrdә orta fars dili (pәh lә vi dil i) formalaşmış, Sasanilәr dövründә bu dil dövlәt dilinә çevrilmişdir. 7 әsrdә İranı zәbt etmiş әrәblәr F.-ı әcәm (qeyri-әrәblәr) adlandırmışlar. İran әhalisi tәdricәn islamı qәbul etmiş, fars mәdәniyyәti, xüsusilә dili vә poeziyası әrәblәrin güclü tәsirinә mәruz qalmışdır.

     F.-ın sonrakı etnik tarixindә türklәr (Sәlcuqilәr dövründә, 11–12 әsrlәrdә) vә monqollar (Hülakular dövründә, 13–14 әsrlәrdә) iştirak etmişlәr. Klassik fars mәdәniyyәtinin – poeziyasının, elminin, memarlığının (islam memarlığının fars üslubu: çatma tağlar, dәbilqәvarı günbәzlәr, çoxrәngli kaşı dekoru), kitab miniatürünün, xalçaçılığın әsas cәhәtlәri orta әsrlәrdә müәyyәnlәşmişdir. 9–10 әsrlәrdә Xorasan vә Mavәraünnәhr әrazisindә formalaşmış yeni fars dili İranın digәr vilayәtlәrindә, o cümlәdәn Fars da daxil olmaqla, yerli dialektlәri tәdricәn sıxışdırıb aradan çıxarmışdır.

    Эянс фарс гызлары.

    Ənәnәvi mәdәniyyәtlәri Ön Asiya xalqları üçün sәciyyәvidir. Kәnd әhalisi, әsasәn, әkinçilik, o cümlәdәn suvarma әkinçiliyi (qәdim dövrlәrdәn yeraltı kanallar – kәhriz, qәnat mәlumdur) ilә mәşğuldur. Hәmçinin xalça, yun şal (Kirman), qәlәmkar parçalar, kaşı vә saxsı qablar (Kaşan) istehsalı, gümüş vә mis üzәrindә döymә vә s. inkişaf etmişdir. Ənәnәvi ev tipi eyvanı, bәzәn günbәzvarı damı olan möhrә tikilidir. Evlәri müdafiә divarına sıx yerlәşәn möhkәmlәndirilmiş mәskәnlәr (qala, qalaça) dә mәlumdur. Ənәnәvi şәhәr evlәri hәyәtin daxilindә olur, bütöv divarı küçәyә baxır, kişi (biruni), qadın vә uşaqlara (әndәruni) mәxsus hissәlәrә bölünür, kürsü vasitәsilә qızdırılırdı. Ənәnәvi geyimlәri köynәk (pirahәn, camә) vә enli şalvar (zircamә), kişilәrdә hәmçinin jilet, kaftan (qәba, sәrdari, lәbbadә, nәmәd vә s.), dәvә yunundan bürüncәk (әba), qadınlarda enli әtәkdir. Baş geyimlәri kişilәrdә külah, yaxud çalmadır (әmmamә), qadınlar çadraya bürünür, üzlәrini rübәnd, yaxud tor (piçe) ilә örtürlәr. 19 әsrin ikinci yarısında Nәsrәddin şahın islahatları gedişindә Avropa kostyumlarının elementlәri – kişilәrdә palto, qadınlarda kofta  (rәxt, yәl)  vә  Avropa balet geyiminin tәsiri ilә qırçınlı gödәk әtәk (şәlite) yayılmışdır. Müalicәvi-kosmetik vasitә kimi xınadan geniş istifadә olunur.

    Ənәnәvi mәtbәxlәri üçün müxtәlif xuruşlu plov vә çilovlar, döyülmüş әtdәn çeşidli xörәklәr (küftә vә s.), şişliklәr (sixkabab), abgüşt, qoyun pendiri, turşuya qoyulmuş tәrәvәzlәr, içkilәrdәn şәrbәtlәr, xoşablar, çay sәciyyәvidir.

    Фарслар. Мющря евлярдян ибарят яняняви йашайыш мяскяни.

    Qohumluq ata xәtti üzrә hesablanır, ortokuzen nikahlar saxlanılmışdır. Qohumluq bildirәn terminlәr sistemi bifurkativ-xәtti tiplidir. Ən mühüm bayramları Novruzdur. Hicri-qәmәri tәqvimilә mәhәrrәm ayının xüsusilә ilk 10 günündә imam Hüseynin vә digәr Kәrbala şәhidlәrinin xatirәsi anılır, mәscidlәrdә dini mövzuda söhbәtlәr aparılır, mәrsiyәlәr oxunur, tәziyәlәr tәşkil edilir. Onuncu gün Aşura mәrasimi keçirilir. Folklorları peşәkar qissәgular tәrәfindәn söylәnәn qissәlәr, toy nәğmәlәri, laylalar vә s.-lә zәngindir. Xalq kukla teatrı “Keçәl Pәhlәvan” (әsas qәhrәmanın adı ilә) vә marionet teatrı (xeymәşәbbazi) yayılmışdır. Xeymәşәbbazi tamaşaları zamanı aktyorlar tәsniflәr ifa edir; zorxanalarda keçirilәn gülәş yarışlarından öncә Firdovsinin şeirlәri oxunur; peşәkar rәqqasәlәrin tamaşaları da geniş yayılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç