FÁRTİNQ (ing. farthing, qәdim ing. feortha – dördüncü) – penninin 1/4-nә bәrabәr әn xırda ingilis sikkәsi. İlk dәfә 1279 ildә kral I Edvardın dövründә gümüşdәn zәrb olunmuşdur. 1821–60 illәrdә misdәn, sonra isә bürüncdәn zәrb edilirdi. 1968 ildә tәdavüldәn çıxarılmışdır.