FARUQ (11.2.1920, Qahirә – 18.3.1965, Roma) – Misir vә Sudan kralı [1936–52]. Mәhәmmәd Əlinin sülalәsindәndir. Kral I Fuadın oğludur. Taxta çıxdıqdan sonra nüfuzlu millәtçi Vәfd partiyası ilә münaqişәyә girmişdir. Hakimiyyәtinin әvvәlindә britaniyapәrәst siyasi kurs yeritmişdir. İkinci dünya müharibәsi dövründә “Berlin–Roma oxu” ölkәlәrinә rәğbәt bәslәmәsi Britaniya sәfiri tәrәfindәn ona qarşı açıq tәzyiqlәrә sәbәb olmuşdur. Ərәb–İsrail müharibәsindә (1948–49) (bax Ərәb–İsrail müharibәlәri) Misirin mәğlubiyyәti vә F. rejiminin korrupsiyaya uğraması Misir inqilabına (1952), sonra isә yeddiaylıq oğlunun xeyrinә taxtdan imtina etmәsinә gәtirib çıxarmışdı.