FARUQİLƏR – Hindistanın Xandeş bölgәsindә 1370 –1601 illәrdә hakimiyyәtdә olmuş sülalә. Hindistanın q.-indә, Bharuc vә Surәtdә, Hind okeanına tökülәn Narmada ilә Tapti çayları arasındakı torpaqlar 14 әsrdәn Xandeş (“xan ölkәsi”) adlanırdı. Dehli sultanı Firuz şah Tuğlaq [1351– 88] tәrәfindәn 1370 ildә Xandeş valisi tәyin olnan Racә Mәlik (Mәlik Əhmә d) Firuz şahın ölümündәn sonra Tuğlaqilәr dövlәtinin süqutundan yararlanaraq müstәqilliyini elan etmişdi (1399). Özünü xәlifә Ömәr әlFaruqun (I Ömәr) nәslindәn hesab edәn Mәlik Əhmәd Faruq titulunu götürmüş vә bununla da banisi olduğu sülalә F. adlandırılmışdır. İlk vaxtlar mәrkәz Talner qalası idi. Racә Mәlikdәn sonra hakimiyyәtә gәlәn oğlu Nasir xan [1399 –1437] Asirgarhı Racputlardan alaraq öz iqamәtgahına çevirmişdi. Nasir xanın dövründә Tapti çayı vadisindә salınmış Burhanpur ş. Xandeş sultanlığının paytaxtı elan edilmişdi. Onun dövründә Bәhmәnilәrlә münasibәtlәrin gәrginlәşmәsi Xandeşin Əlaәddin II Əhmәdin ordusu tәrәfindәn talan olunması vә F.-in Bәhmәnilәrә tabe olması ilә nәticәlәndi. Nasir xandan sonra hakimiyyәtә gәlәn böyük oğlu Miran I Adil xan [1437–41] Qucaratdan asılılığı qәbul etmәyә vә onlara vergi ödәmәyә mәcbur oldu. Ondan sonra hakimiyyәtә gәlәn Miran I Mübarәk xan [1441–57] 16 il dinc hökmranlıq etdi. II Adil xanın [1457–1501] hakimiyyәt illәri Xandeş sultanlığının çiçәklәnmә dövrü idi. Qondvana vә Carkәnd racәliklәri tabe edildi, Burhanpurda içqala tikildi. Qucarat sultanına vergi ödәnilmәsi dayandırıldı. Buna cavab olaraq 1498 ildә (digәr mәlumatlara görә, 1488–89) Qucarat sultanı Xandeşә hücum etdi. Mәğlubiyyәtin qaçılmazlığını anlayan II Adil xan Qucaratla barışıq imzalayaraq yenidәn vergi ödәnilmәsini bәrpa etdi. Davud xanın [1501– 10] vә III Adil xanın [1510 –20] dövründә F. arasında daxili çәkişmәlәr güclәndi. III Adilin oğlu Miran I Mәhәmmәd [1520 –37] dayısı, Qucarat sultanı Bahadır şahın dәstәyi ilә hökmranlıq etdi. Miran I Mәhәmmәdin vәfatından sonra onun yerinә keçәn qardaşı Miran II Mübarәkin [1537– 66] dövründә ilk dәfә 1555 ildә F. ilә Böyük Moğollar qarşı-qarşıya gәldilәr. Miran II Mübarәkin ölümündәn sonra taxta çıxan oğlu Hәsәn şah [1576] Böyük Moğol hökmdarı Əkbәrә xidmәt edәn әmisi Racә Əli tәrәfindәn taxtdan devrildi. Racә Əli IV Adil şah [1576–97] adı ilә taxta çıxaraq Böyük Moğollardan asılılığı qәbul etdi. Ondan sonra hakimiyyәtә gәlәn oğlu Bahadır şah [1597–1601] Moğollara tabe olmaqdan imtina etdi. Nәticәdә 1601 ildә Əkbәr şah Xandeşi әlә keçirdi. F. sülalәsinә vә Xandeşin müstәqilliyinә son qoyuldu.
F. Xandeşdә mәdәniyyәt vә incәsәnәtin inkişafında mühüm rol oynamış, elm adamlarını himayә etmişlәr. F. dövründә Asirgarh vә Burhanpur Xandeşin әn böyük mәdәniyyәt mәrkәzlәrinә çevrilmiş, burada came, mәscid, türbә, mәdrәsә, saray vә qalalar tikilmişdir. Padşahi qalası (1400), Padşahi sarayı, Xanım camesi (1585) vә Cümә mәscidi dövrü memarlığının bugünәdәk qorunub saxlanılmış möhtәşәm nümunәlәridir.