FASÁD KERAMİKASI – üzlük materialı kimi işlәdilәn gildәn hazırlanmış keramik mәmulatlar. Kәrpic, üzlük daşlar (üzәri şirli vә şirsiz), yapışdırma tavalar, kiçikölçülü tavacıqlar, xalçayabәnzәr keramika vә arxitektur-bәdii detallara (mina ilә örtülmüş, hamar vә ya relyefli şәkillәrlә) ayrılır. Üzlük mәmulatların nәmudması 6%-dәn az, 14%-dәn çox olmamalıdır. F.k. binaların fasadı, vestibül, pillәkәn qәfәsi, keçid vә s.nin divarlarının üzlәnmәsi üçün işlәdilir.