FASETLİ GÖZLƏR, mürәkkәb gözlәr – xәrçәngkimilәrin, cücülәrin vә bәzi başqa onurğasızların әsas cüt görmә orqanı; buynuz linzaları qabarıq altıkünclü – faset (fran. facette–künc, adı da buradandır) şәklindә olan ommatidilәrdәn әmәlә gәlir. F.g. başın yanlarında onun bütün sәthini tutaraq hәrәkәtsiz (iynәcәlәrdә, milçәklәrdә vә s.), yaxud gövdәyәbәnzәr hәrәkәtli çıxıntılar üzәrindә (mәs., bәzi xәrçәngkimilәrdә) yerlәşir. Cücülәrin F.g.-i daha çox tәdqiq olunmuşdur; onlar arasında 3 morfofunksional tip ayırd edilir. Gündüz cücülәrinin appozisiyalı F.g.-indә ommatidilәr hәmişә bir-birindәn piqment hüceyrәlәrindә lokallaşan qeyri-şәffaf piqmentlә ayrılır. Gecә cücülәri vә xәrçәngkimilәrin optik su perpozisi yalı F.g.-indә ommatidilәrin izolyasiyası dәyişkәndir; işığın azlığında müxtәlif fasetlәrdәn keçәn şüaların üst-üstә toplanması (superpozisiya) baş verir; görmә hüceyrәlәrinin cismi vә yoğunlaşmış rabdom mәrkәzә doğru çәkilmişdir. Milçәklәrin neyro s u per pozisiyalı F.g.-i üçün işığı fәzanın eyni nöqtәsindәn alan bir neçә görmә hüceyrәlәrindәn ibarәt sinir siqnallarının cәmlәnmәsi sәciyyәvidir. Ommatidilәrin bucaq sıxlığının kiçikliyi xırda detalların ayırd edilmәsinә mane olur. F.g. bir çox onurğasızlar üçün ultrabәnövşәyi şüaların qәbul edilmәsi ilә birlikdә rәngli görmәni, hәmçinin xәtti-polyar işıq müstәvisinin istiqamәtinin tәhlilini tәmin edir vә bunun sayәsindә onlar aydın sәmanın polyarizasiya şәklinә görә sәmtlәrini müәyyәn edә bilirlәr.