FÁSİYA (lat. fasies – sәth, zahiri görünüş, növ) – 1) geologiyada – geol. cism vә ya süxurların assosiasiyası; çöküntütoplanmanın yaranma şәraiti (termodinamiki şәrait, komponentlәrin konsentrasiyası, aqreqat halı, çöküntünün toplanma dinamikası) vә bu çöküntülәrin qonşu vә ya birgә assosiasiya olan süxurlardan fәrqi vә sәciyyәvi әlamәtlәri. “F.” terminini ilk dәfә 1838– 41 illәrdә İsveçrә geoloqu A.Qresli sinxron çöküntülәrin (petroqrafik tәrkibinin vә paleontoloji әlamәtlәrinin) dәyişmәsi mәnasında işlәtmişdir. Geol. әdәbiyyatda “F.” termininin 100-dәn çox mәnası vә 60-dan çox növü (çökmә, vulkanogen, metamorfik, kontinental, çay, delta, göl, dәniz vә s.) mәlumdur. F.-nın izahında iki cәrәyan geniş yayılmışdır. Birinci cәrәyanın tәrәfdarlarının fikrincә, F. fiziki-coğrafi şәraitdir, yәni çöküntütoplanma mühitidir. İkincilәrә görә isә F. müxtәlif xüsusiyyәtlәrә malik çöküntülәrdir. 2) landşaftşünaslıqda – coğrafi landşaftın elementar morfoloji vahidi; mezorelyefin bir elementi (mәs., tәpәnin zirvәsi), yaxud mikrorelyefin hәr hansı bir forması ilә әlaqәdar sadә tәbii kompleksdәn ibarәtdir.