Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FASSİOLYOZ

    FASSİOLYÓZ – insan vә heyvanlarda trematodozlar qrupuna aid helmint xәstәliyi. Törәdicisi fassiolalardır. Cinsi yetkin formaları otyeyәn heyvanlarda vә insanda parazitlik edir. F.-la yoluxma zәrәrsizlәşdirilmәmiş suyu içdikdә, qida ilә birlikdә helmintlәrin sürfәlәri yapışmış su bitkilәrini, yaxud içәrisindә sürfәlәr olan su ilә yuyulmuş göyәrti yedikdә baş verir. İ n san d a sürfәlәr nazik bağırsağın divarına, sonra qara ciyәrә keçir vә orada cinsi yetkinliyә çatır, 15 il vә daha çox parazitlik edә bilir. F.-un patogenezinin әsasını sürfәlәrin toksiki tәsiri, orqanizmin allergik reaksiyası, parazitin qara ciyәrdә yerdәyişmәsi zamanı toxumaların zәdәlәnmәsi tәşkil edir. İnkubasiya dövrü 8 hәftәyә qәdәrdir. Əlamәtlәri: qızdırma, dәri infiltratı, pnevmoniya, qara ciyәrin vә dalağın böyümәsi, bәzәn miokardit; qanın tәrkibinin dәyişmәsi. Xroniki mәrhәlәdә allergik reaksiyanın fonunda qara ciyәr nahiyәsindә ağrılarla, ürәkbulanma, iştahanın azalması, sklera vә dәrinin dövri olaraq saralması vә s. ilә öd ifrazının pozulması üstünlük tәşkil edir. Ağırlaşmaların (irinli xolesistoxolangit, qara ciyәr absesi vә s.) olması mümkündür. Diaqnoz laborator müayinә (seroloji reaksiyalar, 12-barmaq bağırsaq möhtәviyyatında, nәcisdә fasiola yumurtalarının tapılması ilә tәsdiq olunur. Müa licәs i: antihelmint preparatlar (xloksil, prazikvantel), simptomatik dәrmanlar.

    Heyvanlard a. F.-la әhllәşdirilmiş vә buynuzlu vәhşi qaramal, dәvә, at, dovşan vә digәrlәri xәstәlәnir. Heyvanlar otlaqda yuluxur. Kәskin gedişli vә xroniki olur. F. zamanı qara ciyәrin funksional toxumasının iltihabı (hepatit) baş verir, heyvanda ümumi maddәlәr mübadilәsi pozulur. Parazit toksinlәri orqanizmi zәhәrlәyir; qanın morfoloji vә kimyәvi tәrkibi dәyişir. Xәstә heyvanda iştahasızlıq, ishal, zәiflik, qara ciyәrin böyümәsi müşahidә olunur. İnәklәrin sağımı azalır. Güclü yoluxma nәticәsindә qoyunlar tәlәf olur. Müalicәsi: heksixol, bitionol, karbon– 4–xlorid vә s. Profilaktikası: heyvanların otlağını dәyişmәk, molyusklarla mübarizә vә  s. Baytarlıq-sanitariya tәdbirlәri görmәk.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç