FA SYAN [337, Pinyanuyan (indiki Çançji) – tәqr. 422, Szyankan (indiki Nankin)] – Çin sәyyahı. 399 ildә Böyük ipәk yolu vasitәsilә Xotan, Qandhara vә Taksiladan keçmәklә Hindistana gәlmişdir. Burada bir neçә il әrzindә hind dillәrini öyrәnmiş, sutraları, әsasәn, Vinayapitaka mәtnlәrinin (monastır qaydalarının mәcmusu) üzünü köçürmüş, 414 ildә vәtәninә qayıtmış (Seylon vә Yavadan keçmәklә), sutraların Çin dilinә tәrcümәsi üzәrindә çalışmışdır.
F.S. Hindistana sәyahәt etmiş vә geri qayıtmış ilk Çin rahib-ziyarәtçisidir. Öz sәyahәtinin müfәssәl tәsviri olan “Fo qo szi” (“Buddist ölkәlәri haqqında qeydlәr”) әsәrindә Hindistanın tarixi vә mәdәniyyәti ilә bağlı qiymәtli mәlumatlar vermişdir.