FAŞİN (alm. Faschine, lat. facis – çubuqlar bağlısı, dәstәsi), çubuqşәlә – bir-birinә burulmuş çubuq vә ya mәftillә bәrk bağlanmış silindrik çırpı dәstәsi; yüngül (uz. 2–5 m, diametri 25–30 sm) vә ağır (uz. 5–10 m, diametri 1,6–1,2 m) növlәri var. Ağır növündә çubuqlar arasına iri çaqıl daşı, çınqıl vә s. doldurulur. Çay sahillәrini vә torpaq qurğuların yamaclarını bәrkitmәk, drenaj vә s. düzәltmәk, bataqlıqlarda yol salmaq üçün işlәdilir.