Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FAŞODA BÖHRANI (1898)

    FAŞODA BÖHRANI (1898) (fr. Crise de Fachoda, ing. Fashoda Incident) – Afrikada müstәmlәkә ağalığı uğrunda B.Britaniya ilә Fransa arasında münaqişә. Mayor J.B.Marşanın başçılıq etdiyi fransız hәrbi dәstәsinin 1898 ilin iyulunda Faşoda k.-ni (indiki Kodok, Cәnubi Sudan) tutması münaqişә üçün bәhanә oldu. Keyptaundan Qahirәyәdәk olan әrazilәri nәzarәtinә götürmәk iddiasında olan B.Britaniya Marşanın  Faşodadan çıxmasını  tәlәb  etdi. B.Britaniya ilә dәniz vuruşmasına hazır olmayan vә Avropada mövqelәrinin zәiflәyәcәyindәn ehtiyat edәn Fransa 1898 il noyabrın 3-dә dәstәlәrini Faşodadan (sonralar Britaniya Sudanının tәrkibinә keçdi) çıxardı. 1899 il martın 21-dә B.Britaniya ilә Fransa arasında imzalanmış saziş tәrәflәrin qarşılıqlı iddialarını yoluna qoydu, Nil vә Konqo suayırıcısını faktiki olaraq Afrikada İngiltәrә–Fransa nüfuz dairәlәrinin sәrhәdi kimi müәyyәnlәşdirdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç