FATALUKULAR (özlәrini belә adlandırırlar), daqodalar, daqadalar – Şәrqi Timorun şm.-ş.-indә yaşayan xalq. Sayları 38 min nәfәrdir (2004). Lorexelәr, tutualalar, foelorular, lautenular subetnik qruplarına bölünür; lovaealar, yaxud lovayaları assimilyasiya edirlәr. Papua dillәrinin transyeniqvineya ailәsinin TimorAlor qrupuna daxil olan dildә danışırlar. Ənәnәvi inanclarını saxlayırlar, xristianlar da var.
Ənәnәvi mәşğuliyyәtlәri әkinçilik (qarğıdalı, quru dәrәlәrdә becәrilәn çәltik, kökümeyvәlilәr, kartof, paxlalı bitkilәr), heyvandarlıq (kәl, at, donuz, keçi, toyuq), sәnәtkarlıq sahәlәrindәn hörmә, toxuma vә dәmirçilikdir.
Sosial tәşkilatlanma qohumluğu ata xәtti üzrә hesablanan üç qәbilәnin ittifaqına әsaslanır. Poliginiya yayılmışdır.
F.-ın mifologiyasında allahlar panteonuna ay-günәş ilahisi Uruvasu başçılıq edir.
Фаталукуларын яняняви евляри.