FATEHPUR-SİKRİ – Şimali Hindistanda, Aqradan 40 km q.-dә qәdim şәhәr. Əkbәr Cәlalәddin tәrәfindәn ona oğlunun doğulacağını müjdәlәyәn sufi şeyxi Sәlim Çiştinin (bax Çiştiyyә) yaşadığı zaviyәnin yanında salınmışdır. 1571–85 illәrdә Böyük Moğolların paytaxtı olmuşdur. F.-S.-dә hündür qapıları (bülәnd darvaza) olan Cümә mәscidi, bir sıra pavilyon (Divani-Am, Divani-Khas, saraylar (Pәnc Mahal, CodhBhai-Bhavan, Birbal-Bhavan), şәhәr divarları, qırmızı qumdaşıdan inşa edilmiş xidmәti tikililәr saxlanmışdır. İçmәli su çatışmazlığı sәbәbindәn şәhәr sakinlәr tәrәfindәn tәrk olunmuşdur (1585). Ümumdünya irsi siyahısına daxil edilmişdir (1986).
Фатещпур-Сикри. Сялим Чиштинин мягбяряси.