FATİVİJ DƏFİNƏSİ – 1914 ildә Çerniqov qub.-nın Qluxov qәzasının (Ukraynanın indiki Sumı vil.-nin Qluxov r-nu) Fotovij k. (tәhrif olunmuş Fativij adı buradan götürülmüşdür) yaxınlığında tapılmış 8 әsrә aid әşyalar kompleksi. F.d.-nә tökmә gümüş mәmulatlar: üzәrindә maralı parçalayan qartalın tәsviri, hәndәsi vә nәbati naxışlar olan toqqa vә qayış; başa taxmaq üçün aşağı hissәsi ulduzvarı vә ya uzunsov bikonik olan 3 cüt asma-sırğa; 2 cüt lövhәşәkilli bilәrzik; bundan başqa, 5 lehimlәnmiş tunc zınqırov, gümüş lövhәlәrin qırıqları daxildir. F.d. 8 әsrin ortalarına, yaxud 3-cü rübünә aid edilir; Krım vә Xәzәr xaqanlığı vasitәsilә Bizansın tәsiri izlәnilir.
F.d. Volıntsevo tipli abidәlәrin tarixinin müәyyәnlәşdirilmәsi, hәmçinin severyanlar vә digәr şәrqi slavyan qruplarının dövlәtәqәdәrki mәdәniyyәtlәrinin formalaşması tarixinin tәdqiqi üçün әsas komplekslәrdәn biridir. Milli Ukrayna tarixi muzeyindә (Kiyev) saxlanılır.
Фативиж дяфинясiндян ашкар едилмиш бязяк яшйалары.
8 яср. Милли Украйна тарихи музейи. Кийев.