FATYÁNOVO MƏDƏNİYYƏTİ – Baltika sahillәrindәn Volqa-Kama çayarasına qәdәr olan әrazidә yayılmış Tunc dövrü (2-ci minilliyin birinci yarısı) arxeoloji mәdәniyyәti. Yaroslavl vil.-ndәki Fatyanovo k.-nin adı ilә adlandırılmışdır. Əsas abidәlәri tәpәliklәrdә olan torpaq qәbirlәrdәn ibarәt mәzarlıqdır. Ölülәri bükülü vәziyyәtdә xüsusi tikililәrdә (ağacdan, tozağacı qabığından, çubuqdan), kişilәri, әsasәn, sağ böyrü üstә, başı q.-ә tәrәf, qadınları sol böyrü üstә, başı ş.-ә tәrәf dәfn edirdilәr. Qәbirlәrdәn tәbәrzin, daş vә mis baltalar, nizәlәr, hәmçinin çaxmaqdaşı, sümük, balıqqulağı vә kәhrәbadan bәzәk әşyaları (boyunbağı vә s.), sәthi ştamplama vә cızma naxışlarla bәzәdilmiş, dibindә isә şәmsi işarәlәrin (günәşә sitayişlә bağlı) әks olunduğu kürәvarı gil qablar aşkar edilmişdir. Əhali maldarlıq (donuz, qoyun, qaramal, at), ehtimal ki, әkinçilik, hәmçinin ovçuluq, balıqçılıq vә yığıcılıqla mәşğul olmuşdur. Mis emalı inkişaf etmişdi. F.m. döyüş baltaları mәdәniyyәti vә qaytanlı keramika mәdәniyyәti ilә vәhdәt tәşkil etmişdir.
Фатйановo мядяниййятиня аид эил габлар вя мис балта.