FÁUNA (yeni lat. fauna, lat. Fauna – Roma mifologiyasında meşәlәr vә çöllәr ilahәsi, heyvan sürülәrinin himayәçisi) – müәyyәn әrazidә yaşayan heyvan növlәrinin mәcmusu. Hәr bir әrazinin F.-sı oxşar arealları olan növlәri birlәşdirәn, müxtәlif faunistik komplekslәrdәn tәşkil olunmuşdur. Mәs., bozqır zonanın F.-sı burada hakim olan çöl faunistik kompleksin tәsiri ilә yaranmışdır; lakin, çoxzonalı növlәri vә sәhra fauna kompleksi nümayәndәlәrini dә hәmçinin özündә birlәşdirir. Bundan başqa, hәr bir F.-da yerli mәnşәli heyvanlar (av toxton növlәr) vә miqrant növlәr (alloxtonlar) ayırd edilir. Hәr hansı bir region F.-sı onun iqliminin, bitki örtüyünün xüsusiyyәtlәri, relyefi vә orada fiziki-coğrafi maneәlәrin (sәhralar, dağ silsilәlәri, iri çaylar vә s.) mövcudluğundan asılı olaraq formalaşır. Region F.-sı dәyişәn kateqori yadır; Yerin tarixindә iqlimin vә әtraf mühitin dәyişmәsi nәticәsindә F.-ların biri digәri ilә әvәz olunmuşdur. Bu cür növbәlәşmәlәr bir tәrәfdәn adaptiv radiasiyaya vә yeni taksonların әmәlә gәlmәsinә, digәr tәrәfdәn әvvәllәr dominant (üstün) olan formaların sayının azalmasına vә nәslinin kәsilmәsinә sәbәb olur. “F.” termini müxtәlif sistematik kateqoriyalardan olan heyvanlara (mәs., teriofauna, ornitofauna, ixtiofauna, entomofauna), ümumi yaşayış yeri, yaxud hәyat tәrzinә görә birlәşmiş heyvanlara (mәs., Arktika F.-sı, torpaq F.-sı, şorsulu F., ada F.-sı, meşә F.-sı), insan üçün әhәmiyyәt kәsb edәn heyvanlara (mәs., k.t. zәrәrvericilәrinin F.-sı) vә s. tәtbiq edilir. Müxtәlif geol. dövrlәrә (p a l e o f a u n a l a r) aid edilәn F.-lar arasında, Dördüncü dövr, Kembri, Mezozoy vә s. fәrqlәndirilir. “F.” adı altında gedәn sistematik toplular, mәs., AMEA-nın Zoologiya İn-tunun nәşr etdiyi çoxcildli “Azәrbaycan faunası” tәrtib edilir. F.-nın tәdqiqi ilә faunistika (zoocoğrafiyanın bölmәsi) mәşğul olur. İstәnilәn F.-nın öyrәnilmәsi, heyvan növlәrinin mümkün qәdәr tam siyahısının tәrtib edildiyi inventarizasiyadan başlayır. Yerin müasir faunası 1,5 mln.-dan çox tәsvir olunmuş növdәn ibarәtdir; onun potensial növmüxtәlifliyinin qiymәtlәndirilmәsi çox fәrqlidir, lakin bir qayda olaraq mәlum formaların sayından xeyli çoxdur. Faunistik tәdqiqatların son nәticәsi Yer sәthindә F.-ları növlәrin vә növ komplekslәrinin tәrkibinә, endemizm dәrәcәsinә, tarixi inkişaf xüsusiyyәtlәrinә, yayılmasına görә fәrqlәnәn bir-birinә tabeli regionların müәyyәn edilmәsidir. F.-nın öyrәnilmәsi heyvan saylarının tәnzimlәnmәsi, iqlimlәşdirmә vә tәbiәtin mühafizәsindә praktik әhәmiyyәtә malikdir.