FÁURSMİT, F o r s m i t, F o r s m i s (Fauresmith) – әsasәn, Cәnubi Afrikada yayılmış Orta Paleolitә aid arxeoloji mәdәniyyәt. CAR-da Faursmit ş. yaxınlığında әldә olunmuş tapıntılara görә adlandırılmışdır. F. tipindә düşәrgәlәr Şәrqi Afrika (Efiopiyaya qәdәr) әrazisindә dә aşkar olunmuşdur. Afrikanın c.-unda F. mәdәniyyәti Stellenboş Erkәn Paleolit mәdәniyyәtini әvәz etmişdir. F. düşәrgәlәri adәtәn xeyli yüksәklikdә (dәniz sәviyyәsindәn 2000 m hünd.-dә) yerlәşirdi. F.-in daş industriyası üçün Aşöl әnәnәlәri sәciyyәvidir (әl çapacaqlarına vә çapacaq formalı alәtlәrә dә rast gәlinir). F. mәdәniyyәtinә nukleus qәlpәlәrindәn düzәldilmiş daş alәtlәr xasdır. Levallua texnikası inkişaf etmiş, nukleuslar diskşәkilli formaya salınmışdır. İtiuclular qabarıq kәnarları olan üçkünc qәlpәlәrdәn düzәldilirdi. Çapacaqların vә baltayaoxşar әmәk alәtlәrinin tәdricәn qәlpәlәrdәn hazırlanmış alәtlәrlә әvәzlәnmәsi qeyd olunur.