FAY, q ı r ı l ı b d ü ş m ә – süxurların tektonik qırılma yerdәyişmәsi növlәrindәn biri. Şaquli vә ya digәr maili çat sәthi üzrә baş verir. Asılı qanadın süxurları aşağı, yatmış qanadın süxurları yuxarı yerini dәyişir. F., әsasәn, dartılma şәraitindә әmәlә gәlir. Əksәr hallarda F. cüt-cüt birlәşәrәk qraben vә horst әmәlә gәtirir. Pillәli F.-lar da geniş yayılmışdır. Ayrı-ayrı F.-ların amplitudu 4–5 km-ә çatır.