Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FAYDALI QAZINTI EHTİYATLARI

    FAYDALI QAZINTI EHTİYATLARI – Yer tәkindә faydalı qazıntıların sәnaye mәnimsәnilmәsi prosesindә geol.-kәşfiyyat işlәrinin mәlumatlarına әsasәn müәyyәn edilmiş miqdarı. F.q.e. hәcm, yaxud kütlә vahidlәri ilә (tәbii qaz, qeyrifiliz faydalı qazıntıları vә tikinti materialları m3-lә, neft, qaz-kondensat, kömür, filiz faydalı qazıntıları, o cümlәdәn, nәcib metallar, nadir elementlәr t-la, almaz kar-la)
    ölçülür. F.q.e.-nın hesablanma dәqiqliyi obyektin geol. quruluşunun mürәkkәbliyindәn, görülmüş geol.-kәşfiyyat işlәrinin hәcmindәn vә onların dәqiqlik dәrәcәsindәn asılıdır. F.q.e. barәdә mәlumatlardan mineral xammal hasil vә istifadә edәn tәsәrrüfat sahәlәrinin inkişaf konsepsiyasının işlәnilmәsindә, ölkәnin vә onun subyektlәrinin iqtisadi vә sosial inkişafı barәdә dövlәt planlarının hazırlanmasında, geol.-kәşfiyyat işlәrinin vә faydalı qazıntıların kompleks hasilatının planlaşdırılmasında vә yerinә yetirilmәsindә, mәdәn müәssisәlәrinin layihәlәndirilmәsindә, neft vә yanar qazların nәqli vә kompleks emalı üçün layihәlәrin tәrtib edilmәsindә, neft-qazlılığın proqnozlaşdırılması ilә әlaqәdar elmi mәsәlәlәrin hәllindә vә s.-dә istifadә olunur. Faydalı qazıntının hәr bir növü üçün ehtiyat ayrıca hesablanır. Kompleks yataqlarda әsas vә onunla birlikdә yatan digәr faydalı qazıntılar, hәmçinin tәrkibindәki yanaşı komponentlәr (bәrk faydalı qazıntılarda: metallar, minerallar, kimyәvi elementlәr vә onların birlәşmәlәri; neft vә qazda: kondensat, etan, propan, butanlar, kükürd, helium, metallar vә s.) üçün ehtiyatın hesablanması vә qeydiyyatı mütlәqdir. Faydalı qazıntının keyfiyyәti qüvvәdә olan dövlәt sahә standartları, texniki şәrait, hәmçinin onların hasilatı vә emalı texnologiyası nәzәrә alınmaqla qiymәtlәndirilir. F.q.e.-nın hesablanmasında Yer tәkinin, yataqların mәnimsәnilmәsi zamanı әtraf mühitin qorunması tәdbirlәri nәzәrdә tutulur. Bәrk faydalı qazıntı ehtiyatları. İqtisadi әhәmiyyәtinә görә bәrk faydalı qazıntı ehtiyatları balans (iqtisadi) vә balansdankәnar (potensial iqtisadi) ehtiyatlara bölünür. B a l a n s ehtiyat texniki-iqtisadi hesablamalara әsasәn bazar rәqabәti şәraitindә onun çıxarılması qiymәtlәndirmә mәqamında iqtisadi cәhәtdәn sәmәrәli hesab olunan ehtiyatdır. B a l a n s d a n k ә n a r ehtiyat: 1) bazar rәqabәti şәraitindә aşağı texniki-iqtisadi göstәricilәrә әsasәn çıxarılması qiymәtlәndirmә mәqamında iqtisadi cәhәtdәn sәmәrәli olmayan ehtiyatdır; faydalı qazıntının qiymәti dәyişdikdә, optimal satış bazarları vә ya yeni texnologiyalar yarandıqda ehtiyatın mәnimsәnilmәsi iqtisadi cәhәtdәn mümkünlәşir; 2) balans ehtiyatın tәlәblәrinә cavab verәn, lakin yatağın su mühafizә zonası, yaşayış mәntәqәlәri, k.t. obyektlәri, qoruqlar, tәbiәt, tarix vә mәdәniyyәt abidәlәri hüdudlarında yerlәşmәsindәn qiymәtlәndirmә mәqamı üçün mәnimsәnilmәsi mümkün olmayan ehtiyat. Geol. öyrәnilmә dәrәcәsinә görә F.q.e. A, B, C1, C2 kateqoriyalarına bölünür. Ehtiyatın lazımi dәrәcәdә öyrәnilmәsi yatağın geol. quruluşunun mürәkkәbliyi ilә müәyyәnlәşir. Yataqlar mürәkkәblik sәviyyәsinә görә 4 qrupa bölünür. 1-ci qrupa sadә geol. quruluşa malik, yatımı pozulmamış, yaxud az pozulmuş çox iri faydalı qazıntı cisimlәrindәn ibarәt yataqlar daxildir. Bu yataqlar üçün sabit qalınlıq vә daxili quruluş, faydalı qazıntının davamlı keyfiyyәti, әsas qiymәtli komponentlәrin bәrabәr paylanması sәciyyәvidir. Yatağın xüsusi quruluşu kәşfiyyat prosesindә A, B, C1 vә C2 kateqoriyaları üzrә ehtiyatların aşkarlanmasına imkan yaradır. 2-ci qrupa mürәkkәb geol. quruluşa malik, yatımı pozulmuş, dәyişkәn qalınlıqlı vә daxili quruluşlu, iri vә orta ölçülü faydalı qazıntı cisimlәri daxildir; faydalı qazıntının keyfiyyәti dәyişkәndir; әsas qiymәtli komponentlәr qeyri-bәrabәr paylanmışdır. Bu qrupa sadә geol. quruluşlu, lakin mürәkkәb, yaxud çox mürәkkәb dağgeol. işlәnmә şәraitinә malik yataqlar (mәs., kömür yataqları, qazıntı duzlar) da daxildir. Kәşfiyyat prosesindә B, C1, C2 kateqoriyalı ehtiyatlar aşkar oluna bilәr. 3-cü qrupa çox mürәkkәb geol. quruluşlu, yatımı intensiv pozulmuş orta vә kiçik ölçülü faydalı qazıntı cisimlәrindәn ibarәt yataqlar daxildir; yatağın dәyişkәn qalınlığı vә daxili quruluşu, yaxud faydalı qazıntı keyfyyәtinin әhәmiyyәtli dәrәcәdә qeyri-sabitliyi, әsas qiymәtli komponentlәrin qeyr-ibәrabәr paylanması sәciyyәvidir. Kәşfiyyat prosesindә C1 vә C2 kateqoriyalı ehtiyatlar aşkar oluna bilәr. 4-cü qrupa kiçik, nadir hallarda orta ölçülü yataqlar daxildir; yatımın son dәrәcә intensiv pozulması, yaxud qalınlıq vә daxili quruluşun kәskin dәyişkәnliyi, faydalı qazıntının son dәrәcә qeyri-bәrabәr keyfiyyәti vә әsas qiymәtli komponentlәrin qırıq-qırıq yuvalarda paylanması sәciyyәvidir; yalnız C2 kateqoriyalı ehtiyatların aşkarlanması mümkündür. Neft vә qaz ehtiyatları sәnaye әhәmiyyәtinә vә iqtisadi sәmәrәliliyinә görә qruplara, geol. öyrәnilmә dәrәcәsinә vә sәnaye mәnimsәnilmәsinә görә isә kateqoriyalara (A, B, C1, C2) bölünür. Geol. vә çıxarılabilәn ehtiyatları da ayırırlar. G e o l o j i   e h t i y a t Yer tәkindәki neftin, yanar qazların vә yanaşı komponentlәrin buruq qazımaları ilә öyrәnilmiş ehtiyatıdır. Ç ı x a r ı l a b i l ә n   e h t i y a t geol. ehtiyatın hesablanma tarixinә görә çıxarılması bazar rәqabәti şәraitindә Yer tәkinin vә әtraf mühitin qorunması tәlәblәrini gözlәmәklә, mövcud texniki vasitәlәr vә texnologiyalardan sәmәrәli istifadә etmәklә iqtisadi cәhәtdәn sәmәrәli hesab edilәn hissәsidir. Neft vә qaz ehtiyatları sәnaye neft-qazlılığı tәsdiq olunmuş yataqlar (yaxud onların hissәlәri) üzrә hesablanır. Geol. quruluşunun mürәkkәbliyinә görә yataqlar belә bölünür: 1) pozulmamış vә ya zәif pozulmuş strukturlarla әlaqәdar sadә quruluşlu–birfazalı yataqlar (mәs., ancaq neft); mәhsuldar layların sahә vә kәsilişlәr üzrә qalınlığı vә kollektor xüsusiyyәtlәrinin sabitliyi sәciyyәvidir; 2) mürәkkәb quruluşlu – bir vә ikifazalı yataqlar; mәhsuldar layların sahә vә kәsilişlәr üzrә qeyri-sabit qalınlığı vә kollektor xüsusiyyәtlәri ilә, yaxud tektonik pozulmalarla fәrqlәnir; 3) çox mürәkkәb quruluşlu – bir vә iki fazalı yataqlar; hәm tektonik qırılmalarla, hәm dә mәhsuldar layların qalınlığı vә kollektor xüsusiyyәtlәrinin qeyri-sabitliyi ilә, hәmçinin mürәkkәb quruluşlu ağırneftli yataqlarla sәciyyәvidir. İqtisadi sәmәrәliliyinә görә neft vә qaz yataqlarında iki qrup ehtiyat: sәnaye әhәmiyyәtli vә qeyri-sәnaye ehtiyatlarını ayırırlar. S ә n a y e ә h ә m i y y ә t l i F.q.e.-nı öz növbәsindә normal-rentabelli vә şәrtiren tabelli ehtiyatlara bölürlәr. Normal-rentabelli ehtiyatlar bazar rәqabәti şәraitindә Yer tәkindәn rasional istifadә vә әtraf mühitin mühafizәsi tәlәblәrini tәmin edәn texnika vә texnologiyalarla xammalın hasilatı vә emalı qiymәtlәndirmә mәqamında iqtisadi cәhәtdәn sәmәrәli hesab edilәn ehtiyatlardır. Şәrti-rentabelli ehtiyatlara bazar rәqabәti şәraitindә aşağı texniki-iqtisadi göstәricilәrә әsasәn, xammalın hasilatı qiymәtlәndirmә mәqamında iqtisadi cәhәtdәn sәmәrәli olmayan ehtiyatlar daxildir; neft vә qazın qiymәti dәyişdikdә, optimal satış bazarları vә yeni texnologiyalar yarandıqda, xammalın mәnimsәnilmәsi iqtisadi cәhәtdәn mümkünlәşir. Sәnaye әhәmiyyәtli yataqlarda texnoloji vә iqtisadi hesablamalar әsasında çıxarılabilәn ehtiyatlar hesablanır. Q e y r i - s ә n a y e ehtiyatlarına qiymәtlәn dirmә mәqamında mәnimsәnilmәsi iqtisadi, texniki vә ya texnoloji cәhәtdәn mümkün olmayan yataqların ehtiyatı aiddir. Bu qrupa hәmin mәrhәlәdә mәnimsәnilmәsi sәmәrәsiz sayılan neft vә yanar qaz yataqları ehtiyatları, hәmçinin konservasiyaya qoyulmuş, yaxud su mühafizә, yaşayış mәntәqәlәri, k.t. obyektlәri, qoruqlar, tәbiәt, tarix vә mәdәniyyәt abidәlәri hüdudlarında yerlәşәn vә nәqliyyat yollarından, inkişaf etmiş infrastrukturlu neft hasilatı mәrkәzlәrindәn xeyli uzaqda yerlәşәn yataqlar daxildir. Qeyri-sәnaye ehtiyatlarına malik yataqlarda yalnız geol. ehtiyatlar hesablanır.
    Əd.: Классификация запасов и прогнозных ресурсов нефти и горючих газов. М., 2005; Классификация запасов и прогнозных ресурсов
    твердых полезных ископаемых. М., 2006.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç