FAYDALI QAZINTI YATAQLARININ KONTURLANMASI – yataqların, yaxud onların ayrı-ayrı cisim, blok vә horizontlarının yatım forması vә yayılma sahәsinin hüdudlarının geol. planaalma, kәşfiyyat buruq qazımaları vә geofiziki üsulların nәticәlәrinә әsasәn müәyyәn edilmәsi; planda, yaxud geol. kәsilişdә әks olunur. F.q.y.k. faydalı qazıntı ehtiyatlarının hesablanması vә yatağın istismarı üsullarının müәyyәnlәşdirilmәsi üçün lazımdır. Sıfır konturunu vә sәnaye konturunu ayırırlar. Sıfır konturu yatağın yayılma sәrhәdlәrini, sәnaye konturu isә yatağın sәnaye kondisiyası tәlәblәrinә cavab verәn (hasilata yararlı) sahәlәrin sәrhәdlәrini әks etdirir.