Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FAYDALI QAZINTILAR GEOLOGİYASI

    FAYDALI QAZINTILAR GEOLOGİYASI – geologiyanın bәrk, maye vә qaz halında olan faydalı qazıntıların әmәlәgәlmә şәraitini, zaman vә mәkanca paylanma qanunauyğunluqlarını tәdqiq edәn bölmәsi. F.q.g.-nın әsas mәqsәdi faydalı qazıntının paylanma proqnozu vә axtarışının elmi әsaslarını yaratmaqdan ibarәtdir. Dörd tәdqiqat obyektini ayırırlar: metallik (qara, әlvan, nadir, nәcib, radioaktiv metalların vә s. filizlәri), qeyri-metallik (sement xammalı, çınqıl, qum, mika, asbest, qrafit, kükürd, şora, kalium duzları, apatit, fosforit, qiymәtli daşlar vә s.), yanar qazıntılar (neft vә qaz, kömür, torf, yanar şistlәr) vә hidrotermal faydalı qazıntılar. Əsas tәdqiqat üsulları: dәqiq geol. planaalma, aerokosmik, paleo-fasial, struktur-fasial, litoloji-fasial, mәrhәlәli, formasion, struktur-petrofiziki analizlәr, mineraloji-geokimyәvi üsullar kompleksi, üçölçülü kompüter modellәşdirmәsi, statistik metodlar vә s. F.q.g., faydalı qazıntıların tәrkibinin öyrәnilmәsindә mineralogiya, kristalloqrafiya, geokimya, litologiya vә petrologiyanın, faydalı qazıntı yataqlarının mәkanca paylanma qanunauyğunluqlarının vә quruluşunun tәdqiqindә struktur geologiya, geofizika, tektonika, regional vә tarixi geologiyanın metod vә mәlumatlarına әsaslanır. F.q.g. bu vә ya digәr faydalı qazıntıları aşkar etmәklә yanaşı, müәyyәn genetik tiplәrin vә ayrı-ayrı yataqların iqtisadi cәhәtdәn qiymәtlәndirilmәsi mәsәlәlәri ilә dә mәşğul olur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç