Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FAYDALI QAZINTILARIN ZƏNGİNLƏŞDİRİLMƏSİ

    FAYDALI    QAZINTILARIN    ZƏNGİNLƏŞDİRİLMƏSİ – mineral xammallardan texniki cәhәtdәn qiymәtli, yaxud sonradan metallurji, kimyәvi vә digәr emal proseslәri üçün yararlı mәhsullar almaq mәqsәdilә aparılan proseslәr vә üsullar toplusu. F.q.z. qәdim dövrlәrdәn mәlumdur. 1556 ildә G.Aqrikola, 1763 ildә M.V.Lomonosov öz әsәrindә bir çox zәnginlәşdirmә üsullarını әtraflı tәsvir etmişdilәr. 19 әsrin ortalarında mexaniki üsulların (filizhazırlama, qravitasiya üsulu vә s.), 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә maqnit vә elektrik, 1930-cu illәrdә flotasiya üsulunun intensiv inkişafı başladı. 20 әsrin ortalarından kasad vә oksidlәşmiş filizlәrin emalı üçün yuyub çıxarma prosesi geniş istifadә olunur. Mürәkkәb tәrkibli filizlәrdәn qiymәtli komponentlәrin әldә edilmәsi üçün hidrometallurji, kimyәvi vә biol. emalların istifadә edilmәsi ilә zәnginlәşdirmә proseslәri (zәnginlәşdirmә-kimyәvimetallurji texnologiya adlanan kombinәli sxem) tәtbiq olunur.

    F.q.z.-nә mineralların kimyәvi tәrkibini, strukturunu vә ya aqreqat halını dәyişdirmәdәn gedәn ayrılma proseslәri aid edilir. Metallurji, kimyәvi vә s. sәnaye proseslәri faydalı komponentlәrlә zәnginlәşdirilmiş mәhsulların (konsentratların) emalına әsaslanır. F.q.z. nәticәsindә, әsasәn, iki mәhsul – konsentrat vә boş süxur (qalıq) alınır. F.q.z. üçün әvvәlcә ilkin material xüsusi maşınlarda xırdalanır (20–30 mm böyüklükdә) vә dәyirmanlarda narınlaşdırılır. Zәnginlәşdirmә üsullarında mineralların müxtәlif fiziki vә fiziki-kimyәvi xassәlәrindәn istifadә edilir. F.q.z. müxtәlif qravitasiya metodları (mineralların sıxlıqlarının müxtәlifliyinә әsaslanan), flotasiya, maqnit separasiyası (mineralların maqnitlәnmә qabiliyyәtinә görә), elektrik separasiyası (mineralların elektrik keçiriciliyi, dielektrik nüfuzluğu vә s. xassәlәrindәki fәrqә görә) vә s. üsullarla aparılır. Faydalı qazıntıların xarici әlamәtlәrinin (rәnginin, parlaqlığının), elәcә dә dәnәlәrinin iriliyi, forması, kövrәkliyi vә sürtünmә әmsallarının müxtәlifliyinә әsaslanmış zәnginlәşdirmә üsulları da mövcuddur. Qravitasiya vә flotasiya zәnginlәşdirmә üsulları daha çox işlәdilir. Mineralların ayrılması proseslәrin (üsulların) müxtәlif kombinasiyasını tәtbiq etmәklә dә aparıla bilәr. Kombinә edilmiş zәnginlәşdirmә sxeminә, adәtәn, ilkin proses kimi qravitasiya üsulu, sonra maqnit vә ya flotasiya üsulu qoşulur. Belә sxemlәr qarışıq dәmir (qravitasiya-maqnit), manqan (qravitasiya-flotasiya) vә nadir metal (qravitasiya-maqnit) filizlәri üçün tәtbiq edilir. Faydalı qazıntıda gil vә s. bu kimi qatışıqlar olduqda, belә qazıntılar su (yuma) ilә zәnginlәşdirilir (suda zәnginlәşdirmә üsulu). Bu üsulla alınan konsentrat sonradan susuzlaşdırılır. F.q.z. yolu ilә filizdәn 95%-әdәk faydalı komponentlәr çıxarılır. Bu zaman onların qatılığı çox (bәzәn yüzlәrlә dәfә) artır. Mәs., 0,1% molibdenli filizlәrdәn 50% molibdenli konsentrat, 0,1–0,2% volframlı filizlәrdәn 45–65% volframlı konsentrat alınır. F.q.z. mineralların zәrәrli qarışıqlarının (arsen, kükürd, silisium) kәnarlaşdırılması mәqsәdi dә daşıyır. Proses zәnginlәşdirmә f-klәrindә aparılır. F.q.z.nin inkişafının әsas istiqamәtlәri bunlardır: zәnginlәşdirmәnin ayrı-ayrı proseslәrinin tәkmillәşdirilmәsi, konsentratların keyfiyyәtinin maks. artırılması vә filizlәrdәn faydalı komponentlәrin ayrılması mәqsәdilә kombinәedilmiş sxemlәrin tәtbiqi; proseslәrin intensivlәşdirilmәsi vә avadanlıqların irilәşdirilmәsi hesabına ayrı-ayrı müәssisәlәrin mәhsuldarlığının artırılması; faydalı qazıntılardan qiymәtli komponentlәrin ayrılması vә qalıqların utilizasiyası (çox zaman inşaat materiallarının istehsalı üçün) ilә kompleks istifadәnin yüksәldilmәsi; istehsalın avtomatlaşdırılması. Əsas mәsәlәlәrdәn biri dә dövredәn sudan vә daha quru zәnginlәşdirmә üsullarından istifadә etmәklә, әtraf mühitin çirklәnmәsini minimuma endirmәkdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç