FAYL SİSTEMİ – әmәliyyat sisteminin hissәsi; kompüterlәrdә, flәş-yaddaşlarda, hәmçinin digәr elektron qurğularda (rәqәmli fotoaparatlar, mobil telefonlar vә s.) diskli daşıyıcılara faylların yazılmasını vә oxunmasını tәmin edir. Windows ailәsi әmәliyyat sisteminin F.s. (FAT, NTFS) daha geniş yayılmışdır. FAT (ing. File Allocation Table – faylların yerlәşmә cәdvәli) disketlәrdә vә digәr informasiya daşıyıcılarında (әvvәllәr sәrt disklәrdә) tәtbiq edilir. Windows NT әmәliyyat sistemi ailәsi üçün yaradılmış NTFS (New Technology File System – yeni texnologiyanın fayl sistemi) metaverilәnlәrin (bazada saxlanılan verilәnlәr, onların strukturu, tәrkibi, formatı haqqında mәlumatlar vә s.) saxlanılmasını dәstәklәyir.